Amerika iqtisadiyyatı savaşlarla yüksəldibackend

Amerika iqtisadiyyatı savaşlarla yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az tarixçi alim İlber Ortaylının ABŞ tarixindən bəhs edən önəmli yazısını oxuculara təqdim edir:

“12 aprel 1864-cü ildə, az qala 150 il əvvəl, Amerikada Vətəndaş Müharibəsi başladı. O zaman prezident Abraham Linkoln idi.
O, Birləşmiş Ştatların tarixindəki ən maraqlı şəxsiyyətlərdəndir və eynilə Louis Pasteur, Edvard Gibbons kimi məktəbi sevməyən, evdə təhsil alan uşaqlardan idi.
Abraham Linkoln Birləşmiş Ştatlarda köləliyi aradan qaldırmağı qarşısına məqsəd qoymuşdu. Bunun görə də onun prezidentlik dövrü bu ölkənin tarixindəki ən qanlı döyüşün yaşanmasına səbəb oldu. Afrikadan ən qəddar şərtlərdə gətirilən və cənubun fermalarında işləmək üçün istifadə edilən kölələr şimali amerikalıları narahat edirdi.
Şimali amerikalılar yəni Yankilər güneyliləri “kölə sahibi” deyə təhqir edirdi. Amerika Birləşmiş Ştatlarını idarə edənlər zənciləri kölə deyil, aşağı ödənişli, amma azad işçilər olaraq istifadə etməyi seçirdilər. Birləşmiş Ştatların şimalı, xüsusilə, Abraham Linkolnun məmləkəti olan İllinois, qonşu Michigan, Massachusetts, Pennsylvania kimi bölgələr Avropanı keçəcək səviyyədə sənayeləşməkdə idi. Cənub Ştatları, Virginia, Cənubi Carolina, Louisiana, Georgia kimi bölgələr isə köləliyin qaldırılmasının kənd təsərrüfatı məhsullarına ən böyük zərbə olacağını düşündülər.

Ayrılıq gecikmədi…

Şimal Ştatları “Union”, güneylilər isə “Confederacy” adı altında birləşdi. Bu başlıqda belə Konfederasiya meydana gətirən üzv dövlətlərin həddindən artıq muxtariyyət ehtirası müşahidə olunurdu.

Döyüş dörd il davam etdi…

Vətəndaş müharibəsi Amerika xalqı üçün bir fəlakət oldu. İstifadə edilən silahlar, xüsusilə piyada tüfəngləri və toplar, eynilə Prusya-Avstriya savaşındakı kimi təkmilləşmişdi. Amma şimaldan və cənubdan olan hər iki tərəfin də komandir və kadrlarının bu silahlardan müdafiə üçün lazımlı olan təcrübə, manevr məlumatına hələ sahib olmadıqları deyilirdi. Bu döyüşdə altmış faizi daha təchizatlı və həqiqətən Amerika Birləşmiş Ştatları şüuruna sahib olan 600 min şimallı əsgər öldü. Çoxu cənub əyalətlərində olmaq üzrə şəhərlər məhv oldu, fermalar yağmalandı və vətəndaş xalq da böyük itkilər verdi. Amerika Vətəndaş müharibəsi, müasir savaşın arxa cəbhəsinə də sıçrayacağının və böyük təxribat edəcəyinin ilk nümunəsidir. Bununla birlikdə bu döyüş haqqında məlumat əldə etməyən dünya, yəni Avropa 1914-cü ildə Böyük Savaşa boş xəyallarla-döyüş tez nəticələnər deyə, girdi. İtki əlbəttə daha ağır oldu.

Şimalılar qazandılar…

Abraham Linkoln cənubun silinmiş başçısı Jefferson Davis qarşısında yeni Amerikanı qurdu. O qədər asan deyil, şimalın yaratdığı azad zəncilərdən ibarət işçi sinifi, cənubda döyüşün gətirdiyi qanuna baxmayaraq, hələ də üçüncü dərəcəli rəftarı görürdü. Həyatdakı çətinliklər və ayrı-seçkilik üçün bir əsr daha keçməsi lazım olacaqdı. 1865-ci ildə Amerika tarixinin ən maraqlı lideri Abraham Linkoln bir güneylinin güllələri ilə həyatını itirdi.

Zəncilərin demokratik bir cəmiyyətə qovuşması üçün bu qurban kifayət etmədi…

100 il sonra bir digər rəhbər, Jonn Kennedy də bənzər səbəblərdən ötəri sui-qəsdə uğradı; kifayət etmədi. Martin Luther King və Malkolm X də. Dörd il davam edən döyüşün sonunda cənubla şimalın nifrəti daha da kəskinləşdi. Mübaliğələr itmədi, yalnız örtüldü. Ces Ceymes kimi cənub ordularında döyüşən bir quldur belə bundan sonrakı illərdə şimallıları soyub güneylilərə kömək edirdi. Şimali-cənub savaşı təzadlı bir şəkildə Amerika cəmiyyətində Amerikalılığı da gücləndirdi. İlk dəfədir ki amerikalılar siyasətçilərin, konstitusiyanın, konqreslərin xaricində uzun bir dörd il boyunca qan tökərək Birləşmiş Dövlətlərin sərhədini çəkdilər.
Köhnə rejimin qalıqlarına baxmayaraq, getdikcə inkişaf edən sənaye, güneyin kənd təsərrüfatı quruluşunu da mənimsədi və özünə uyğunlaşdırdı. Amma şimal-cənub fərqi ortadan qalxdımı? Təbii ki, yox.

Qaralar-ağlar ayrı-seçkiliyi nə dərəcədə həll oldu- şimalda mühafizəkar sayılan respublikaçılar, cənubda insan hüquqları və vətəndaşlıq şüuru məsələsində demokratlardan daha qatıdılar. Cənub ilə Şimali Amerika xalqının dünya görüşləri, rəftarları, həyat anlayışları, zəncilərlə əlaqələrinin bir-birindən fərqli olması Amerikanın daxili problemlərinin həlli demək deyil. Sözdə uzlaşma üsuluyla üzəri pərdələnərək davam edir. Hər vətəndaş müharibəsi kimi Amerika Vətəndaş Müharibəsi də ibrət alınaraq araşdırılması və öyrənilməsi lazım olan bir hadisədir”.

Amerika iqtisadiyyatı savaşlarla yüksəldi

İnterpress.az