Səudiyyə ilə İran gərginliyin əsas səbəbi bəlli oldubackend

Səudiyyə ilə İran gərginliyin əsas səbəbi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az son zamanlar İran və S.Ərəbistanı arasında yaşanan gərginliklə bağlı dünya politoloqlarının və analitiklərinin fikirlərini təhlil yazısında təqdim edir.

Embarqo məngənəsindən xilas olmağa hazırlaşan İrana, rəqibləri asanlıqla yol açmayacaq kimi görünür… Hətta ekspertlərin fikrincə S. Ərəbistanı, İranın iqtisadi cəhətdən daha çox batması üçün neft qiymətlərini qəsdən salır.

Dünya yeni ilə İran-Səudiyyə Ərəbistanı arasında yaranan gərginliklə \”xoş gəldin\” deyərkən, iki ölkə arasında yüksələn gərginlik neft bazarlarını da yaxından maraqlandırır. Səudiyyə Ərəbistanı və İran, Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) də əzəli rəqib mövqeyindədir. Bu gərginliyin, İranın nüvə proqramı ilə əlaqədar sanksiyaların qaldırılacağı və Tehranın dünya iqtisadiyyatına dönməyə hazırlandığı dövrə təsadüf etməsi diqqət çəkicidir. Səudiyyə Ərəbistanı və Körfəzdəki müttəfiqləri, dünya neft bazarından pay itirməmək üçün istehsalı azaltmadan, neft pompalama siyasətini davam etdirir.

Səudiyyə ilə İran gərginliyin əsas səbəbi bəlli oldu

Beləcə başda ABŞ-dakı qaya nefti istehsalçıları olmaqla yüksək dəyərli neft istehsalçılarını təzyiq altında tutmağı qarşılarına məqsəd qoyur. Ötən ay edilən OPEC konfransı olduqca gərgin keçərkən, İran və Səudiyyə Ərəbistanı arasında gedərək böyüyən ixtilaf da gözlər önünə sərilmişdi. İranın, neft qiymətlərindəki ucuzlaşmanı dayandırmaq üçün üzvlərə hərəkətə keçməklə bağlı çağırışı Səudiyyə Ərəbistanı tərəfindən geri çevrilmişdi.

İki Blok yaranır

Politoloqlar \”İran, İraq üzərində də hakimiyyətini ələ aldı. Basradan çıxış İranın əlində. İraq və İranın bir araya gəlməsi, Səudiyyə Ərəbistanına qarşı neftdə də çox böyük rəqib ortaya çıxardı. S. Ərəbistanının gündəlik neft istehsalı bu gün təxminən 10 milyon barrel, İranınki isə 3 milyon. Lakin tezliklə qalxacaq olan Embarqodan sonra bu sürətlə gündəlik 5, 6, 7 milyon barrelə yüksəlir. İraqın istehsalı gündəlik 3 milyon barrelin altındadır, lakin onların da hədəfi bunu 10 milyon barrelə çıxartmaqdır. İraq və İranı müttəfiq düşünsəniz, yalnız şiə-sünni məsələsi deyil, neftdə də möhtəşəm böyük iki blok ortaya çıxaçağı mənasını gəlir. Səudiyyə Ərəbistanının neft hökmranlığını onsuz da ABŞ əlindən aldı. İran və İraq da ortaq şəkildə hərəkət edər və neft çıxaran digər Səudiyyə əleyhdarı qrupları da yanına çəksə, Səudiyyə Ərəbistanı neft krallığı taxtından enə bilər \”deyə vəziyyəti qiymətləndirirlər..

Neftdə əzəli rəqiblər

Səudiyyə ilə İran gərginliyin əsas səbəbi bəlli oldu

Səudiyyə Ərəbistanı və İran arasında yaranan böhran, bölgədə hərəkətliliklə birlikdə, neft bazarlarına və qiymətlərinə də təsir edə bilər. Lakin əvvəlki dövrlərdə olduğu kimi neft qiymətlərində ani olaraq böyük sıçrayış və ya çöküş hərəkətliliyi gözlənilmir. Bunun da başlıca səbəbi bazardakı tələb bolluğu. Bölgədə Yəməndən Suriyaya xarici siyasət məsələsində uzun müddətdir zidd fikirlərdə olan iki ölkə, neft məsələsində də əzəli rəqib mövqeyindədir. İran, Səudiyyə Ərəbistanı, Venesuela və Kanadanın ardından dünyanın təstiqlənmiş ən böyük dördüncü neft ehtiyatına sahib ölkədir. Eyni zamanda, Rusiyadan sonra dünyanın ən böyük ikinci təbii qaz ehtiyatlarının üzərində oturur.

Səudiyyə Ərəbistanı isə neft istehsalı baxımından OPEC-in ən əhəmiyyətli üzvü mövqeyindədir. Neft analitikləri deyir ki, Səudiyyə-İran münasibətlərinin neft qiymətlərinə təsir edəcəyini deyir: \”Bu hadisəyə baxmayaraq, neft bazarları üçün dondurulmuş neft ehtiyatları hələ də geosiyasi problemlərdən daha böyük bir problem təşkil edir\”.
Necə ki, artan gərginliklə birlikdə neftin qiymətlərində yaşanan artım da 3% ətrafında oldu. Brent tipli xam neftin qiyməti ötən il 35 % düşərkən, ili 37.28 dollarla bağladı. Bir çox analitiklər, neft qiymətlərinin bu il də bənzər səviyyədə qalmasını, 20 ilə 45 dollar arasında enib çıxmasını gözləyir.

Ən böyük iki risk

Səudiyyə ilə İran gərginliyin əsas səbəbi bəlli oldu

Riyad-Tehran arasında gərginliyin yüksəlməsi, İranın embarqo məngənəsindən xilas olub, iqtisadiyyatını canlandırmaq üçün gün saydığı bu dövrdə yaşanması diqqət çəkən digər bir ünsürdür. Körfəz ölkələrinin də Riyad blokuna keçməsiylə, İranın bölgədən təcrid olmağa davam edə biləcəyi yazılarkən, Bloomberg\’ə açıqlama verən London mərkəzli məsləhətçi şirkət “Cornerstone Global Associates” in qurucusu Hanem Nusaibe: \”İran hazırda regional olaraq kimsəsiz bir mövqedə. Nüvə razılaşması ilə dünyanın daha geniş hissəsinə yenidən inteqrasiya olmağı ümid edərkən, əslində tam da tərsi oldu\”

İran-İraq ittifaqı

Səudiyyə ilə İran gərginliyin əsas səbəbi bəlli oldu

Türkiyəli ekspert Mehmet Öyüdçü isə İranın tam iqtisadi əlaqələrini canlandırdığı bir vaxtda bu yaşananlar investorın iştahına təsir edəcəyini söyləyir. Digər tərəfdən İran-İraq ittifaqına diqqət çəkən Öyüdçü: \”Bu iş yalnız S.Ərəbistanılıların diplomatik nümayəndəliyin yandırılması və arxasınca diplomatik əlaqələrin kəsilməsi hadisəsi deyil. Bu məsələ onsuz da uzun zamandır qaynayırdı. Arxasında Şiə-Sünni çəkişməsi yatır. Çünki İraq və İranı bir arada düşünsəniz, yalnız şiə-sünni məsələsi deyil, neftdən də böyük bir iki blok ortaya çıxır. Geopolitik bloklaşmanın neftə əks olunması isə belə ola bilər: İraq və İran ittifaq halında neft çıxarsa, Səudiyyə Ərəbistanını rahatlıqla arxada qoyacaqlar. ABŞ enerjidə öz müstəqilliyini qazandıqca, Səudiyyə Ərəbistanına verdiyi şərtsiz dəstək də yavaş-yavaş azalmağa başladı.

Qiymətlər yüksələ bilər

Səudiyyə ilə İran gərginliyin əsas səbəbi bəlli oldu

Yaxın Şərqdə S. Ərəbistanı, İran üzündən özünü məngənəyə alınmış hiss edir. İranın həm Körfəz, həm özləri üçün ciddi təhdid təşkil etdiyinə inanırlar. Bunun münasibətlərə əks olunması nə ola bilər? Yaxın Şərqdəki bu cür geosiyasi partlayışlar, tələbdəki bolluğa görə neftin qiymətinə çox təsir etmir. Onsuz da baxsanız 3-5 % artdı. Əvvəl olsaydı olsa bir anda 70 %-ə yüksələrdi. Burada iki əhəmiyyətli risk var. Birincisi istehsal istiqamətli təhdidlər, ikincisi də Hürmüz boğazının bağlanılması olar.

Bir tərəfində İran, bir tərəfində Oman var. Dünyada tankerlə edilən neft ticarətinin təxminən 30 % -i Hürmüzdən keçir. Orada da ehtiyacların qarşılanmasına maneə törədilərsə, bu neft qiymətlərini yüksəldər. Ən böyük geosiyasi risk də budur. Digər risk isə Səudiyyə Ərəbistanının şərqdəki neft müəssisələrinə hücum riski. Bu fiziki və ya kiber hücum da ola bilər. Səudiyyə Ərəbistanının neft istehsalının böyük hissəsi, şərqdəki şiə azlığın yaşadığı bölgələrdən çıxır. \”

Düşən qiymətlər ikisini də vurur

Səudiyyə ilə İran gərginliyin əsas səbəbi bəlli oldu

Embarqolar səbəbiylə potensialından daha az neft və qaz ticarəti edən İranın, aşağı neft qiymətləri mühitində istehsalını artırması Səudiyyə Ərəbistanı başda olmaq üzrə digər bütün neft istehsalçısı olan ölkələrə təzyiq edəcək. İran istehsalını nə qədər sürətlə artıra biləcəyi isə müzakirə mövzusudu. Bu mövzuda müxtəlif fərziyyələr gəzir.

Bəzi analitiklər, embarqonun qaldırılması ilə birlikdə İranın bir il içində 0.5 ilə 1 milyon barrel daha neft çıxara biləcəyini söyləyərkən, Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı ildə gündəlik 0.6 milyon barrel səviyyəsində bir artım nəzərdə tutur. Hansı səviyyədə olursa olsun, İranın neft istehsalını artırmasıyla neft qiymətlərindəki təzyiqin daha da artacağı ortadadır.

Beynəlxalq Valyuta Fondu, İranın neft ihracatındaki artımı kompensasiya etmək üçün OPEC-in neft tələbatını azaltmayacağı təqdirdə, ortalama neft qiymətlərinin 5 ilə 10 % araslnda düşə biləcəyini təxmin edir. Neft qiymətlərinin daha da düşməsi, büdcə gəlirlərinin təxminən 90 % ini hidrokarbonlardan təmin edən S. Ərəbistanı iqtisadiyyatını cətin vəziyyətə qoya bilər. Yaxın Şərq geopolitikasında enerji və enerji qiymətləri, uzun müddətdir bir silah olaraq istifadə edilir. Bəzi analitiklər, İranın neft istehsalını artırmağa hazırlaşdığı bu dövrdə Səudiyyə Ərəbistanının qəsdən bazara çox neft çıxartdığı da ssenarilər arasındadır. Ancaq digər tərəfdən düşən neft qiymətlərindən S. Ərəbistanı iqtisadiyyatı də təsirlənir. Neft qiymətlərindəki sürətli düşmə büdcəsində üst üstə kəsirlər yaranan Səudiyyə Ərəbistanı rəhbərliyi, son olaraq \”kəmər sıxma\” siyasəti kimi bir sıra tədbir qərarı almışdı.

Ramal Hüseynov
İnterpress.az