Manat dollar və avro qarşı zəifləməkdə davam edirbackend

Manat dollar və avro qarşı zəifləməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 7-si ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5642 manat olub.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 7-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 8 yanvar 2016-cı il tarixi üçün 1,5642 müəyyənləşdirilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,57% və ya 0,0096 manat artaraq 1,7009 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48% artaraq 0,0209 manat səviyyəsində qərarlaşıb.

İnterpress.az