Elman Rüstəmov məsuliyyətdən yayınırbackend

Elman Rüstəmov məsuliyyətdən yayınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Məhəmməd Talıblı bildirib. Onun sözlərinə görə, xarici valyutanın alış və satış məzənnələrinin banklar tərəfindən müəyyən edilməsi Mərkəzi Bankın artan dollar tələbi qarşısında məsuliyyətdən yayınmasıdır:

“Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin ediləcək. Bu tələb Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda öz əksini tapıb. Bu mövzu hazırda bank sektorunda əsas mövzu olaraq müzakirə olunur. İkinci devalvasiyadan sonra valyuta bazarında dollar tələbi artırdı. İlk əvvəl, bayram günlərini bəhanə edib, dolları məhdudlaşdırdılar, sonra bank terminallarında və valyuta dəyişmə məntəqələrində də dollar qıtlığı açıq hiss olundu. Belə bir vəziyyətdə kommersiya bankları öz müştərilərinə bazarda dollar qıtlığının yaranmasının səbəbini və onun doğurduğu məsuliyyətini Mərkəzi Bankda gördüklərini ifadə etdilər. Mərkəzi Bank isə bankları dollarla təmin edə bilməməsinin məsuliyyətindən uzaqlaşmaq üçün xarici valyutada alqı-satqı məzənnəsini kommersiya banklarının daxili işləri olduğuna dair dünən qərar qəbul etdi. Əslində, valyuta bazarında bir oyunçunun (kommersiya bankları) və tənzimləmə orqanının məsuliyyətdən hansı məsafədə uzaq durmasından asılı olmayaraq gəlinən qənaət budur: valyuta bazarında dollar qıtlığı yaşanır”.

M.Talıblı qeyd edib ki, əslində söhbət dollar tələbinin hansı formada təmin edilməsinin mexanizmindən getməlidir: “Təkcə dolların kommersiya banklarının hansı məzənnə ilə satmasında deyil, onun məhdudlaşdırması həddinin müəyyənləşməsi problemin olduğundan xəbər verir. Yəni, söhbət bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğindən artıq mübadilə əməliyyatının şəxsiyyəti təsdiq edən sənəd əsasında satılması valyuta bazarı üzərində sərt nəzarətin həyata keçirilməsindən gedir. Çünki, bayramdan öncəki həftədə Mərkəzi Bankın bazara əvvəlki həftələrlə müqayisədə 2 dəfədən (320 mln-750 mln) daha çox intervensiya etmişdi. Bu artım sayəsində geniş həcmdə valyutanının alınmasında sabotajçı qüvvələrin olmasının simptomlarının olduğunu hiss edən Mərkəzi Bank preventiv tədbirləri həyata keçirməyə qərar verdi. Nə fərqi var, hansı səbəbdən ölkədəki valyuta kənara çıxarılır? Onu yaradan səbəblər aradan qaldırlmasa, yenə monetar risklər yenə də qalacaq”.

Ekspert hesab edib ki, kommersiya banklarına verilən bu sərbəstliyin əsas məqsədlərindən biri də qara bazarın yaranmasını inzibati üsullarla almaq yox, həmin dollar ehtiyacı olanları kommersiya banklara yönəldilməsidir: “Mərkəzi Bank problemi həll etmir, ünvanı dəyişdirir. Tutaq ki, bir vətəndaş hər ay 1500 dollar həcmində kredit ödənişi həyata keçirir. O nə etməlidir? Kimlərdənsə, xahiş edib, şəxsiyyətini təsdiq edən sənədlər toplayıb, manatını dollara konvertasiya edib, kredit ödəməlidir? Heç olmasa banklara borcu olan müştərilərin kreditlərinin həcminə adekvat olaraq bu limiti 2000 manata qədər artırmaq lazım idi. Dollarla banklara əmanət yerləşdirən vətəndaşlardan siqnallar alırıq ki, onların dollarla əmanətlərinin geri alınmasında banklarla problemlər yaşayırlar. Mərkəzi Bank isə bu vəziyyətdə olan həmin kommersiya banklarına qarşı heç bir tədbir görmür, amma dollarla borcu olan müştərisindən təcili kreditini həmin valyuta ilə qaytarıılmasını tələb edir”.

M.Talıblı vurğulayıb ki, MB bu kimi problemlərə aydınlıq gətirməlidir: “Əsas məsələ böyük şirkətlərin dollara artan tələbinin həlli üçün təcili tədbirlər həyata keçirmək haqqında düşünməlidir. Çünki, bu ölkədə insanların dərdi,qayğısı yığımında olan 500 manatını dollara konvertasiya edib sandıqda saxlamaq deyil. Daha vacib məsələ böyüş şirkətlərin biznes əməliyyatlarında tələb olunan dolların necə əldə etməsi çətinliyidir. Bu şirkətlərin problemi deyil, başda MB olmaqla bank sektorunun problemidir”.

İnterpress.az