“Exchange”lər dollar satışını məhdudlaşdırdıbackend

“Exchange”lər dollar satışını məhdudlaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əksər \”exchange\”lərdə 1 ABŞ dollarının alışı 1,55-1,56 manat, satışı isə ən yaxşı halda 1,6260 manata aparılır.

Qeyd edək ki, dünən bəzi paytaxt valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,83-1,87 AZN/USD-yə qədər yüksəlmişdir. Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsi \”exchange\”lərin məzənnə siyasətini xeyli məhdudlaşdırıb.

Buna baxmayaraq, hazırda valyutadəyişmə məntəqələrinin əksəriyyəti tam bağlıdır, bəzilərində əməliyyat ümumiyyətlə aparılmır, real işləyən \”exchange\”lər isə nağd dolların satışını adambaşı 200-300 dollarla məhdudlaşdırıb. Bu səbəbdəbn həmin məntəqələrin qarşısında növbə yaranıb.

Qeyd edək ki, AMB-nin yanvarın 7-11-nə rəsmi məzənnəsi – 1,5642 AZN/USD-dir. Yəni, bu günlərdə \”exchange\”lərdə dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər. ( report.az )

İnterpress.az