Məşhur şahmatçımızın ildönümüdür-VİDEObackend

Məşhur şahmatçımızın ildönümüdür-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.
Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdır. 2002, 2004, 2006 və 2008-ci illərin şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib.
2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.
Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.
Onunla vida mərasimi 14 yanvar 2014-cü ildə Respublika Şahmat Mərkəzində təşkil olundu. Həmin gün böyük şahmatçımız III Fəxri Xiyabanda dəfn edildi.

Məşhur şahmatçımızın ildönümüdür-VİDEO

İnterpress.azhttps://youtube.com/watch?v=0ApWKRXTyEw