Messi 5-ci dəfə “Qızıl top”un sahibi oldubackend

Messi 5-ci dəfə “Qızıl top”un sahibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qalibin adı İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə elan edilib.

FIFA-nın yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər arasında keçirdiyi sorğunun qalibi \”Barselona\”lı Lionel Messi olub. Argentinalı futbolçu 5-ci dəfə mükafata sahib çıxıb. O, 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı olmuşdu.

Messi sorğuda Kriştiano Ronaldo (Portuqaliya, Real) və Neymarı (Braziliya, Barselona) qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olunmuşdu.

Kişilər arasında ilin ən yaxşı futbolçusu:

Lionel Messi (\”Barselona\”, Argentina yığması)

Qadınlar arasında ilin ən yaxşı futbolçusu:

Karli Lloyd (\”Hyuston\”, ABŞ yığması)

Kişilər arasında ilin ən yaxşı məşqçisi:

Luis Enrike (\”Barselona\”)

Qadınlar arasında ilin ən yaxşı məşqçisi:

Cil Ellis (ABŞ yığması)

İlin ən yaxşı qolu:

Vendell (\”Atletiko Qoyanense\”), \”Qoyanezi\”nin qapısına

Manuel Noyer, Tyaqo Silva, Marselo, Dani Alves, Serxio Ramos, Andres İnyesta, Luka Modriç, Pol Poqba, Neymar, Lionel Messi, Kristiano Ronaldo

\”Fair-Play\” mükafatı:

Cerald Asamoa (Qana əsilli almaniyalı keçmiş futbolçu)

Ötən il “Qızıl Top”un qalibi Kriştianu Ronaldo olub. 2008-ci ildən sonra “Qızıl Top”u Lionel Messi ilə Ronaldu qazanıb. Messi 4, Ronaldu isə 3 dəfə qalib gəlib.

1997 – Ronaldo (Braziliya, \”İnter\”)
1998 – Zinəddin Zidan (Fransa, \”Yuventus\”)
1999 – Rivaldo (Braziliya, \”Barselona\”)
2000 – Luiş Fiqo (Portuqal, \”Real\”)
2001 – Maykl Ouen (İngiltərə, \”Liverpul\”)
2002 – Ronaldo (Braziliya, \”İnter\” / \”Real\”)
2003 – Pavel Nedved (Çexiya, \”Yuventus\”)
2004 – Andrey Şevçenko (Ukrayna, \”Milan\”)
2005 – Ronaldinyo (Braziliya, \”Barselona\”)
2006 – Fabio Kannavaro (İtaliya, \”Real\”)
2007 – Kaka (Braziliya, \”Milan\”)
2008 – Kriştiano Ronaldo (Portuqal, \”Mançester Yunayted\”)
2009 – Lionel Messi (Argentina, \”Barselona\”)
2010 – Lionel Messi (Argentina, \”Barselona\”)
2011 – Lionel Messi (Argentina, \”Barselona\”)
2012 – Lionel Messi (Argentina, \”Barselona\”)
2013 – Kriştiano Ronaldo (Portuqaliya, \”Real\” M)
2014 – Kriştiano Ronaldo (Portuqaliya, \”Real\” M)

İnterpress.az