İran Səudiyyə Ərəbistanının sonunu gətirdi-TƏHLİLbackend

İran Səudiyyə Ərəbistanının sonunu gətirdi-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın təqdim etdiyi yazı nüvə müzakirələrini və onun neftlə başlayan ilk addımının nəticələri haqqındadır.
İranla 5+1 ölkələri arasında baş tutan nüvə müzakirələri əslində birincinin qələbəsi ilə nəticələndi. Bu qələbə bu günlərdə İran üçün öz bəhrəsini verməkdədir.
Əgər xatırlayırsınızsa, iyun ayında Vyanada baş tutan İran və 5+1 qrupu arasındakı müzakirələrin sonuna gəlib çatanda artıq dünyanın güc dövlətlərinin gözləri İranın neftinə zillənmişdi.
Qlobal neft bazarının inkişafının qiymətlərə necə təsir edəcəyini şərh edən ekspertlər mövcud şərtlərdə OPEC ölkələrinin İrana neftini satmaq üçün asanlıqla imkan verəcəklərinə inanmadıqlarını iddia etsələr də bu tam əksinə oldu. Buyurun, artıq İran dünyanın neft bazarını çökdürür.
Əslində dünyanın məşhur enerji ekspertləri İranın neft bazarına çıxışının neftin qiymətinin düşməsi ilə nəticələnəcəyini öncədən xəbər vermişdi.
Ancaq iranlı politoloqlar və iqtisadçılar neft olayını daha fərqli şəkildə şərh etməyə başladılar.

İran Səudiyyə Ərəbistanının sonunu gətirdi-TƏHLİL

Neft nazirinin müəmmalı açıqlaması

İyun ayında İranın qlobal neft bazarına dönüşünü dəyərləndirən neft naziri Bijan Zanganeh anlaşmanın mütləq neft qiymətlərinin daha da düşməsinə səbəb olacaq anlamına gəlmədiyini söylədi:
“Bizimlə güc dövlətlərinin neft anlaşması dünya bazarında neftin qiymətini salmağa hesablanmayıb. Sadəcə, OPEC namizədi olan digər neft tədürk edən ölkələrin İranın da bazara girməsi üçün öz qiymətlərini endirəcəklər”.
İranlı enerji eksperti Umud Şukri isə ilk gündən neft nazirinin fikirləri ilə razılaşmadı. O, mövcud şərtlərdə OPEC ölkələrinin İranı neft bazarına rahatlıqla buraxacağına inanırdı.

İran Səudiyyə Ərəbistanının sonunu gətirdi-TƏHLİL

İranın bazarı gözləyən 500.000 barel xam nefti

Kolumbiya Universitetinin iqtisadi dövlət quruculuğu və enerji kafedrasının müdiri Riçard Nephev İranın artıq istədiyi həcmdə, istədiyi ölkəyə neft satmaq imkanlarının olduğunu söyləyib.
İranın neft nazirinin sözçüsü ölkəsinin 500.000 barel xam neftin ixraca hazır olduğunu açıqlayıb.

İran Səudiyyə Ərəbistanının sonunu gətirdi-TƏHLİL

İran neft bazarına qayıtdı və bir gündə ərəblərə 27 milyardlıq zərbə vurdu

İranla altılıq arasında müzakirələrin qızğın zamanında Səudiyyə Ərəbistanının məsələyə aqressiv münasibəti dünya mətbuatında daim müzakirə olunurdu.
Bəzi mövhumatçılar bu aqressiyanı məzhəbçiliklə əlaqələndirsə də, bu, əslində belə deyildi. İqtisadiyyatının əsasını neft təşkil edən səud rejimi illərlə güclü dövlətlərin qoyduğu sanskiyaların çərçivəsində boğulan İran neftinin anlaşmadan sonra dəhşətli partlayışını öncədən duymuşdu.
İranın üzərindən beynəlxalq sanksiyalar qaldırıldı. Elə sanksiyaların qaldırılmasının ilk günündə Yaxın Şərq boyunca birjalarda 27 milyard dollar həcmində itki qeydə alındı.
Dünya mətbuatının bu günki başlıqları İranın neft bazarına əlavə olaraq günə 500 min barrel neft çıxaracağı halda ərəb neftinə vuracağı zərbəyə həsr olunub. Xəbərlərdə deyilir ki, İran nefti bazara çıxan kimi Dubay və Səudiyyə birjalarını silkələməklə yanaşı Brent neftinin qiymətini qısa müddətdə 28 dollardan aşağı salıb.
Birja satışının qısa bir epizodunda neftin qiyməti 27, 67 dollara düşüb, hərçənd satışın sonunda qiymət 28 dollardan azca yuxarı qalxıb.
Bundan əvvəl bütün Yaxın Şərq və Körfəz birjalarında səhm qiymətlərinin enişi qeydə alınıb.
Qətər, Abu Dabi, Küveyt, Oman və Bəhreyn birjalarının hamısında satış itki ilə başa çatıb.
Birjalardan ümumilikdə 27 milyard dollar silindiyi halda İran birjası indeksində 1 faiz artım olub.
Hazırda London birjası da daxil olmaqla, Avropa birjaları bazar ertəsi satışının necə təsirlənəcəyini narahatlıqla gözləyir.
İranın bazara yarım milyon barrel neft çıxaracağı barədə bu ölkənin Neft Nazirliyinin məlumatı artıq ötən cümə günü London birjasında neftin qiymətini bir gündə 3, 3 faiz aşağı salmışdı.
Britaniyanın Standard Chartered bankı Goldman Sachs, RBS və Morgan Stanley-nin ardınca barreli 10 dollara olacaq neftin proqnozunu verib.

İran Səudiyyə Ərəbistanının sonunu gətirdi-TƏHLİL


Abuzər Azəroğlu

İnterpress.az