Azərbaycanlı professor Türkiyədə mükafatlandırıldıbackend

Azərbaycanlı professor Türkiyədə mükafatlandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gaziantep Universitetinin azərbaycanlı professoru Babək Qurbanov Türkiyənin “Valeh Hacılar” Beynəlxalq Elm və Mədəniyyət Araşdırmaları Fondu tərəfindən “Türk dünyasına xidmət\” mükafatı ilə təltif edilib.

ANS PRESS-in məlumatına görə B.Qurbanov türk dünyası qarşısında böyük elmi xidmətlərinə görə bu mükafata layiq görülüb. Mükafatdan məmnunluğunu dilə gətirən professor çıxışı zamanı 2 qardaş ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.Onu da əlavə edib ki bundan sonrakı fəaliyyətində türk ədəbiyyatı və elmi araşdırmalarını azərbaycan dilinə, Azərbaycan mütəfəkkir və yazıçılarının əsərlərini isə türk dilinə tərcümə edəcək.

Azərbaycanlı professor Türkiyədə mükafatlandırıldı

Babək Qurbanov Türkiyə universitetlərində fəlsəfə, sənət fəlsəfəsi, estetika, etika, kulturologiya, musiqi estetikası, musiqi nəzəriyyəsi, müasir türk düşüncə tarixi və s. kimi fənlərdən mühazirələr oxuyur. O, həm də bir çox jurnal və qəzetlərin redaksiya heyətlərinin üzvüdür.

Azərbaycanlı professor Türkiyədə mükafatlandırıldı

Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanov 20 ildən artıqdır ki Türkiyədə yaşayır.

İnterpress.az