SOCAR inkar edir, amma fakta baxın… Sənədə inanaq, yoxsa SOCAR-a?backend

SOCAR inkar edir, amma fakta baxın… Sənədə inanaq, yoxsa SOCAR-a?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə sosial şəbəkələri və mətbuatın gündəmini zəbt edən 20 milyonluq villa olayı ilə bağlı İnterpress.az-ın apardığı araşdırmalar zamanı daha maraqlı məqamlar aşkarlanıb.

SOCAR-ın əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşı Könül Mehdiyeva Türkiyədə dəyəri 20 milyon dollar olan 16 villa alıb. Daha əvvəl musavat.com un təqdim etdiyi məlumatlardan sonra K. Mehdiyevanın mülklərinin sənədləşdirilməsinə aid şəkillərdəki məlumatı Türkiyənin “Parselsorgu.tkgm.gov.tr” saytı vasitəsilə təkrar dəqiqləşdirdik. Saytdakı rəsmi məlumatla sənəddəki məlumatlar eynidir. Bu heç də xəbər saytlarının uydurması deyil.

Bu saytda K.Mehdiyevanın mülkünün sahəsi və ünvanı dəqiq göstərilib. Qeyd edək ki, “Parselsorgu.tkgm.gov.tr” xəbər saytı deyil. Bu ərazi və daşınmaz əmlakın reystr xidmətidir. Bu saytda hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsi və ya digər sənədləri vasitəsilə onun adına olan bütün mülk və ərazilər haqqında dəqiq məlumat almaq olur.

SOCAR inkar edir, amma fakta baxın... Sənədə inanaq, yoxsa SOCAR-a?

Xəbəri mətbuata çıxaran virtual.az saytı sübut üçün villanın yerləşdiyi məkanın və alqı-satqı sənədlərinin də şəkillərini yayımlayıb. Azərbaycanlı məmurların xarici ölkələrdə daha bahalı villalara sahib olduğu dəfələrlə KİV-də yayımlanıb. Lakin bu məlumatın bu qədər qabarmasının səbəbi ölkədə devalivasiyanın insanların həyatını az bir zamanda iflic etməsi olub. Çünki 20 milyona 16 villa alan Salyan rayon sakini 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı heç bir yerdə işləməyə-işləməyə milyonlara sahib olur. Lakin SOCAR-ın “Günəşli” yatağında baş verən yanğın zamanı sağlamlığını itirənlərin, meyiti tapılmayanların ailələri heç bir il keçməmiş maddi baxımdan acınacaqlı vəziyyətə düşüblər. Belə çıxır ki, SOCAR-da işləyən dişləmir, işləməyənlər isə villalar alır.

Azərbaycanlı məmurların bir çoxu özlərini təmizə çıxarmaq üçün adətən jurnalistlərin məlumatlarını yalan adlandırırlar, qərəzli hesab edirlər. Saytlara isə reket damğası vururlar. Amma SOCAR rəsmilərinin diqqətinə çatdırırq ki, “Parselsorgu.tkgm.gov.tr” “reket” adlandıracaqları xəbər saytı deyil, rəsmi dövlət saytıdır.

İnterpress.az