2018-ci ildə Bakıda daha bir Avropa çempionatı keçiriləcəkbackend

2018-ci ildə Bakıda daha bir Avropa çempionatı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”İnterpress\” \”apa.az\”-a istinadən xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında verilib. Bədii gimnastika üzrə 3 dəfə qitə çempionatına ev sahibliyi edən ölkəmiz bu idman növü üzrə ilk dəfə belə yarışı təşkil edəcək.

Azərbaycan bunadək idman gimnastikası (19-21 fevral) və batut (5-6 mart) üzrə Dünya Kubokunun mərhələ yarışlarını qəbul edəcək. Bədii gimnastika üzrə analoji turnir isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində – iyulun 22-24-də Milli Gimnastika Arenasında baş tutacaq.

İnterpress.az