Ərəb şeyxindən Neymara 500 milyonluq təklifbackend

Ərəb şeyxindən Neymara 500 milyonluq təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Manchester City”, “Manchester United” və “Real Madrid”in almaqda maraqlı olduqları Neymarın özü “Barcelona” ilə müqaviləni 2021-ci ilədək artırmaq istəyir.

Lakin futbolçunu fikrindən daşındırmaq üçün müxtəlif klublar fantastik təkliflə çıxış edirlər.

Paris klubu 24 yaşlı braziliyalıya ildə 40 milyon, madridlilər isə 20 milyon avro ödəməyə razıdır.

Bildirilir ki, Neymarın “Barcelona” ilə danışıqları dörd aydır ki, davam edir. Tərəflər hələ razılığa gələ bilmirlər. Bununla yanaşı, kataloniyalılar futbolçunun illik maaşını 11 milyon avrodan 16 milyon avroyadək artırmağı təklif edirlər.

Xatırladaq ki, Neymarın “Barcelona” ilə hazırkı müqaviləsi 2018-ci ilin sonunda başa çatır. Onu vaxtından əvvəl almaq istəyən klub bunun üçün əlavə 190 milyon avro ödəməlidir.

Paris klubunun başçısı Nasir Əl-Xelaifi futbolçuya ildə 40 milyon, onu almaq üçün əlavə 190 milyon ödəməyə hazırdır. Beləliklə, razılıq əldə olunduğu təqdirdə, yuxarıda göstərilən xərclər və Neymarla 5 illik müqavilənin bağlanılacağını nəzərə alsaq, o zaman “PSG” futbolçu üçün 400 milyon avro – təxminən 500 milyon dollar ödəməli olacaq.

İnterpress.az