​AFFA Neftçinin məşqçisini cəzalandırıbbackend

​AFFA Neftçinin məşqçisini cəzalandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb məşqçinin Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə \”Zirə\” ilə keçirilmiş matçın ilk hissəsi başa çatdıqdan sonra qaydaları pozduğu üçün texniki zonadan kənarlaşdırılmasıdır.

Klub isə 1000 manat cərimələnib. Eyni məbləği Zirədəki görüşdə və \”İnter\” – \”Qarabağ\” matçında meydan sahiblərinin, \”Kəpəz\” – \”Sumqayıt\” oyununda isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün həmin klublar ödəməli olacaq.
Şüvəlanda AZAL və \”Rəvan\” komandaları arasında keçirilmiş matçın 51-ci dəqiqəsində \”təyyarəçilər\”in heyətində Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat ziyana düşüb.

İnterpress.az