İdmana daha 324 milyon manat ayrılacaq-Bakıdabackend

İdmana daha 324 milyon manat ayrılacaq-Bakıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidentinin 2016-cı il dövlət büdcəsi haqqında “Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, eyni zamanda, bu qanunun tətbiq edilməsi barədə imzaladığı fərmana əsasən, bu vəsait hazırda 403 200 000 AZN təşkil edir.
Bu ilin yanvar ayında BBC Azərbaycanca 2016-cı ildə Azərbaycanda beynəlxalq idman tədbirlərinin keçirilməsi ilə bağlı araşdırmasını təqdim edib.
BBC Azərbaycancanın gördüyü və hökumətin Parlamentə təqdim etdiyi 2016-cı ilin beşinci büdcə zərfində göstərilirdi ki, “beynəlxalq idman yarışlarının keçirilməsi, hazırlıq və digər təşkilatı işlər üçün” 324 milyon manat vəsait ayrılacaq.
Sənəddə bu xərcin məhz hansı idman tədbirinə yönəldilməsi ilə bağlı məlumat olmasa da, Bakı 2016-cı ilin iyunun 19-da Formula 1 Avropa Qrand Pri yarışmasına ev sahibliyi edəcək.
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycan Milli Məclisi 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxdı. Yeni büdcə qəbul olunarkən neftin qiyməti 25 ABŞ dollarından hesablandı və bundan sonra bir sira layihə və tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitlərdə dəyişikliklər oldu.

İnterpress.az