Millimizin heyəti açıqlandıbackend

Millimizin heyəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş məşqçi Robert Prosineçki martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına 25 futbolçu aparacaq.

2016-cı ilin ilk hazırlıq prosesində 3 qapıçı, 8 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu iştirak edəcək. Ölkə xaricində çıxış edən 3 legioner də toplanışa çağırılıb. Bunlar milliləşən legionerlər Dmitri Nazarov, Tuğrul Erat və Eddi İsrafilovdu. Komandaya hələ millidə debüt etməyən Murad Səttrarlı da dəvət alıb.

Yığmaya dəvət alan futbolçular:

Qapıçılar: Kamran Ağayev (İnter), Aqil Məmmədov (Neftçi), Səlahət Ağayev (Sumqayıt).

Müdafiəçilər: Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Pavel Paşayev, Ruslan Abışov (hamısı “Qəbələ”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Tərlan Quliyev (Kəpəz).

Yarımmüdafiəçilər: Cavid Tağıyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Rəşad Eyyubov (Qəbələ), Elvin Məmmədov (Zirə), Murad Səttarlı (AZAL), Namiq Ələsgərov (Kəpəz), Dmitri Nazarov (Karlsrue, Almaniya), Eddi İsrafilov (Kordoba, İspaniya), Tugrul Erat (Fortuna, Dusseldorf, Almaniya).

Hücumçular: Ağabala Ramazanov (Sumqayıt), Ruslan Qurbanov (Neftçi).

Millimiz toplanış çərçivəsində bir yoxlama matçı keçirəcək. Komandamız martın 26-da – Qazaxıstan yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

İnterpress.az