Yığmamız Avropa çempionatına 10 cüdoçu ilə yollanırbackend

Yığmamız Avropa çempionatına 10 cüdoçu ilə yollanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Komandamızın baş məşqçisi Peter Zayzenbaher qitənin ən mötəbər yarışı üçün heyəti artıq müəyyənləşdirib. Avstriyalı mütəxəssis çempionatda ölkənin ən güclülərinə şans verəcək. Belə ki, o, Kazanda Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu (81 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlını (48 kq) sınaqdan keçirəcək.

Qeyd edək ki, yarışda 39 ölkədən 314 (185 kişi, 129 qadın) cüdoçunun iştirakı gözlənilir.(Apasport.az)

İnterpress.az