Bu gün ​Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcəkbackend

Bu gün ​Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, 10 günlük fasilədən sonra turun bütün oyunları eyni gündə keçiriləcək.
Tura Gəncə və Şüvəlanda start veriləcək. \”Kəpəz\” turnir cədvəlinin ikinci pilləsində qərarlaşan \”Zirə\”ni qəbul edəcək. Qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Gəncə klubu 3 xal sayəsində ən pis halda 4-cü pillədəki mövqeyini gücləndirəcək və ya 3-cü pilləyə yüksələcək. Səfər qələbəsi sayəsində ikinciliyi möhkəmləndirəcək və lider \”Qarabağ\”la xal fərqinin artmasına icazə verməyəcək \”Zirə\” isə xal itirəcəyi təqdirdə də, öz mövqeyində qalacaq. Komandalar 2 dəfə üz-üzə gəlib və hər iki oyunda bərabərlik qeydə alınıb – 1:1, 2:2.
Bu görüşlə eyni vaxtda AZAL – \”Qəbələ\” matçı start götürəcək. \”Qəbələ\” Avrokubok iddialarını davam etdirmək üçün səfərdə 3 xal əldə etməlidir. Bu qələbə digər oyunların nəticəsindən asılı olaraq \”qırmızı-qaralar\”ı 3-cü pilləyə yüksəldə bilər. Məğlubiyyət isə Roman Qriqorçukun rəhbərlik etdiyi komandanı 5-ci pillədə saxlayacaq. \”Təyyarəçilər\” isə ən yaxşı halda xal ehtiyatını 36-ya çatdıraraq \”Qəbələ\” ilə xal fərqini 5-ə endirəcək. Komandalar bu günədək 24 dəfə üz-üzə gəlib. Bunlardan 9-da AZAL, 7-də isə \”Qəbələ\” qalib gəlib. Qalan 8 görüşdə isə bərabərlik qeydə alınıb. AZAL son 3 oyunda qələbə qazanmayıb və qol vurmayıbsa, \”Qəbələ\” son 5 səfər matçında uduzmayıb.
Bu görüşlərin ardınca \”Sumqayıt\” doğma meydanda \”Xəzər Lənkəran\”ı sınağa çəkəcək. Meydan sahibləri qalib gəldiyi halda ən yaxın qonşusu \”Neftçi\” ilə xal fərqini 4-ə endirəcək ki, bu da bir neçə turdan sonra komandanın daha yüksək pillələrə irəliləməsinə şərait yaradacaq. Gənc heyətlə mübarizə aparan \”Xəzər Lənkəran\” isə nəticədən asılı olmayaraq hazırkı 9-cu pillədə qalacaq. Sadəcə qazanılan xal komandaya əlavə stimul verəcək və sonuncu pillədəki \”Rəvan\”dan bir az daha uzaqlaşmağa kifayət edəcək. Komandalar 16 dəfə üz-üzə gəlib. \”Sumqayıt\” 4, \”Xəzər Lənkəran\” isə 7 dəfə qalib gəlib. 5 oyunda isə tərəflər bir xalla kifayətlənməli olub. \”Sumqayıt\” son 3 oyunda uduzmayıb və ardıcıl 7 matçda meydanı qolsuz tərk etməyib. Cütlüyün son 5 qarşılaşmasında ən azı 2 qol vurulub.
Turnir cədvəlinin lideri \”Qarabağ\” siyahının ən sonunda olan \”Rəvan\”ı qəbul edəcək. Bu görüşdə Qurban Qurbanovun rəhbərlik etdiyi komanda favorit hesab olunur. \”Qarabağ\” 3 xal sayəsində birincilik mövqeyini daha da möhkəmləndirəcək. \”Rəvan\” isə ən yaxşı halda Sumqayıtdakı görüşün nəticəsindən asılı olaraq \”Xəzər Lənkəran\”la xal fərqini 3-ə endirə bilər. Komandalar bu günədək 10 oyunda üz-üzə gəlib. Bu qarşılaşmaların 6-da \”Qarabağ\” qalib gəlib. 4 oyunda bərabərlik qeydə alınıb.
Turun mərkəzi görüşü isə \”İnter Arena\”da baş tutacaq. Burada \”İnter\” digər paytaxt təmsilçisi \”Neftçi\” ilə münasibətlərinə aydınlıq gətirəcək. Derbi hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. \”Bankirlər\” qələbə sayəsində üçüncülüyü möhkəmləndirəcəklərsə, \”Neftçi\” çətin oyunda 3 xal qazanaraq hələ də Avrokubok ümidlərinin ölmədiyini göstərməyə çalışacaq. Cütlük bu günədək 45 oyunda üz-üzə gəlib. Bu görüşlərin 12-də \”İnter\”, 19-da isə \”Neftçi\” qalib gəlib. Qalan 14 oyunda qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası, XXVII tur
30 mart
15:00. \”Kəpəz\” – \”Zirə\”
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Gəncə. Gəncə şəhər stadionu (CBC Sport)
15:00. AZAL – \”Qəbələ\”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. AZAL Arena
17:00. \”Sumqayıt\” – \”Xəzər Lənkəran\”
Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt. \”Kapital Bank Arena\”
17:30. \”Qarabağ\” – \”Rəvan\”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. \”Azərsun Arena\”
18:00. \”İnter\” – \”Neftçi\”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. \”İnter Arena\” (CBC Sport)
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
share-block__img
Rövşən Əhlimanoğlu

Xəbərin müəllifi
Facebook-da paylaş

ria.az/c7pm
Abunə ol 0
Bu bölməyə aid digər xəbərlər
​Pele \”Samsung\” şirkətinə qarşı 30 mln. dollarlıq iddia qaldırıb 30 Mart, 2016 / 07:47
​Futbol üzrə Azərbaycan millisi Ukrayna ilə qarşılaşa bilər 30 Mart, 2016 / 00:19
​Bakıda keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib 29 Mart, 2016 / 23:13
​Rusiya klubu yaranma tarixini rəsmən dəyişib 29 Mart, 2016 / 20:05
​Brüsseldə partlayış törədən terrorçu özünü futbolçu kimi təqdim edib 29 Mart, 2016 / 15:04
Prosineçki Qazaxıstan yığması ilə matça bu il klubunda cəmi 75 dəqiqə oynayan futbolçunu buraxıb – ARAŞDIRMA 29 Mart, 2016 / 12:37
​Yaşar Sultanov: \”Çempionatımız kəskin tənəzzül dövrü keçirir\” – MÜSAHİBƏ 29 Mart, 2016 / 11:08
Arda Turan: \”Messi futbol tarixinin ən güclü oyunçusudur\” 29 Mart, 2016 / 09:49
Uqandanın qapıçısı 29 yaşında dünyasını dəyişib 29 Mart, 2016 / 08:53
​\”Xəzər Lənkəran\” klubunun sabiq futbolçusu həvəskarlar liqasında çıxış edəcək 28 Mart, 2016 / 14:43
​Kamran Ağayev: \”Hindistanı udub, özümüzü aldatmamalıyıq\” 28 Mart, 2016 / 14:30
\”Qalatasaray\” – \”Fənərbağça\” matçının vaxtı açıqlanıb 28 Mart, 2016 / 12:23
​Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatına daha 2 vəsiqə sahibini tapıb 28 Mart, 2016 / 01:44
​Azərbaycan çempionu Qazaxıstan klubu ilə müqavilə imzalayıb – VİDEO 27 Mart, 2016 / 19:13
​\”Real\” klubunun futbolçusu Kərim Benzema təyyarə alıb 27 Mart, 2016 / 18:10
​\”Mançester Siti\” türk futbolçu ilə anlaşıb 27 Mart, 2016 / 13:00
Futbol üzrə milli komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayır 27 Mart, 2016 / 02:03
Elxan Məmmədov: \”Baş məşqçi seçmə mərhələdə kimlərə şans verəcəyini müəyyənləşdirəcək\” – MÜSAHİBƏ 26 Mart, 2016 / 22:18
Azərbaycan yığması Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək 26 Mart, 2016 / 21:48
Robert Prosineçki: \”Komandamdan razı qaldım\” 26 Mart, 2016 / 21:45
Millimiz Qazaxıstana uduzdu – FOTO 26 Mart, 2016 / 21:34
Azərbaycan-Qazaxıstan oyunu canlı yayımlanacaq 26 Mart, 2016 / 12:28
​Bu gün futbol üzrə Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 26 Mart, 2016 / 08:02
​Azərbaycan-Qazaxıstan oyununun hakimləri məlum olub 26 Mart, 2016 / 00:25
Robert Prosineçki: \”Güclü və ciddi rəqib bizi gözləyir\” 26 Mart, 2016 / 00:02
​Azərbaycan millisi Qazaxıstanla oyunöncəsi son məşqinə çıxıb 25 Mart, 2016 / 23:24
​Bağdad stadionunda partlayış törədilib, 29 nəfər ölüb, 60 nəfər yaralanıb – VİDEO 25 Mart, 2016 / 23:03
İngiltərədə oyun zamanı valideynlər dalaşıb: 1 yaralı 25 Mart, 2016 / 16:53
\”Qalatasaray\”ın keçmiş məşqçisinin meyiti tapılıb 25 Mart, 2016 / 15:32
Azərbaycan Premyer Liqasında XXVII turun proqramı açıqlanıb 25 Mart, 2016 / 15:22(Report)

İnterpress.az