“Fənərbaxça”nın kapitanı qadağan olunmuş maddədən istifadə edibbackend

“Fənərbaxça”nın kapitanı qadağan olunmuş maddədən istifadə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytının \”Hürriyet\”ə istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu dopinq testdə “ilişib”.

\”Fənər\”in kapitanı fevralın 29-da oynanmış “Fənərbaxça” – “Beşiktaş” matçından sonra dopinq testdən keçib. 31 yaşlı oyunçunun qanında istifadəsi qadağan olunan dərman preparatı aşkarlanıb. Belə ki, derbidən əvvəl Gökhan meydana ağrıkəsici iynənin köməyi ilə çıxıb. Araşdırmalardan sonra məlum olub ki, bu, dopinq yox, istifadəsi qadağan olunmuş maddədir. Qaydalara görə, belə maddədən istifadə etməzdən öncə səlahiyyətli orqanlara məlumat verilməlidir. Əgər federasiyanın vaxtında məlumatlandırılmadığı aşkarlanarsa, o zaman futbolçunu 2 illik diskvalifikasiya gözləyir. Hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Fənərbaxça”nın 2:0 hesabı ilə qələbə qazandığı XXIII tur matçında Gökhan Gönül 90 dəqiqə meydanda olub.

İnterpress.az