Zlatan İbrahimoviçin dopinqdən istifadə etdiyi iddia olunurbackend

Zlatan İbrahimoviçin dopinqdən istifadə etdiyi iddia olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə bir iddia ilə yığmanın həkimi Ulf Karlsson çıxış edib.
O bildirib ki, hadisə 2004 – 2006-cı illərdə baş verib: \”İbrahimoviç \”Yuventus\”da çıxış etdiyi vaxt 6 aya 10 kq arıqlamışdı. Məncə, bu, onun dopinqdən istifadə etməsi ilə əlaqədar idi. Ən azı, şəxsi fikrim belədir. Millinin digər üzvü Albin Ekdal da \”Yuventus\”da çıxış edərkən 8 kq arıqlayıb. Düşünürəm ki, bu klubda adət halını alıb. Nəzərə alaq ki, həmin komandanın əvvəllər 22 ay cəzaya məruz qalmış həkimi vardı. Açıqlamam birbaşa İvrahimoviçə ünvanlanmış ittiham deyil\”.
Futbolçunun meneceri Mino Rayola isə həkimə hüquq müstəvisində cavab verəcəklərini və məhkəməyə müraciət edəcəklərini bildirib.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2004 – 2006-cı illərdə \”Yuventus\”da çıxış edib.(report)

İnterpress.az