“Qarabağ” və “Neftçi”nin stadionu dəyişdirilirbackend

“Qarabağ” və “Neftçi”nin stadionu dəyişdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbəb kimi \”Azərsun Arena\” və \”Bakcell Arena\”nın mayın 5-dən start götürəcək qitə çempionatının oyunları üçün ayrılması göstərilib.

\”Qarabağ\”ın stadionunda yalnız qrup oyunları keçiriləcək. Görüşlər 5-6, 8-9 və 11-12 mayda baş tutacaq. \”Neftçi\”nin ev arenası isə qrup oyunları ilə yanaşı, 14-15 maya təsadüf edəcək 1/4 final oyunları üçün də nəzərdə tutulub. \”Qarabağ\” mayın 4-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində \”İnter\”i, Premyer Liqada isə mayın 7-də XXXIII turda \”Sumqayıt\”ı, mayın 11-də XXXIV turda \”Qəbələ\”ni, mayın 21-də mövsümün son turunda AZAL-ı qəbul etməlidir. \”Bakcell Arena\”da isə \”Neftçi\” mayın 7-də XXXIII turda AZAL, mayın 15-də XXXV turda \”İnter\”lə qarşılaşacaq. Klublardan \”Report\”a verilən məlumata görə, hələlik ev oyunlarının hansı stadionda keçiriləcəyi müəyyənləşməyib.

Qeyd edək ki, Avropa çempionatı mayın 21-dək davam edəcək.(qafqazinfo)

İnterpress.az