Kliçko revanş döyüşünə çıxırbackend

Kliçko revanş döyüşünə çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə V.Kliçkonun rəsmi saytında məlumat yerləşdirilib.

Bu görüş Böyük Britaniyanın boks telekanalı BoxNationTV-də yayımlanacaq. V.Kliçko qələbə qazanmaq üçün səbirsizliklə rinqə çıxmağı gözlədiyini bildirib. Döyüş 21 min tamaşaçı tutumu olan \”Mançester-Arena\” açıq stadionunda keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl T. Fyurinin əmisi və məşqçisi Piter Fyuri \”Tvitter\” səhifəsində revanş görüşünün iyulun 9-da Mançesterdə keçiriləcəyini yazıb. Ancaq sonradan V.Kliçkonun meneceri Bernd Bent bu informasiyanı təsdiqləyə bilməyəcəyini və tərəflərin hələ müəyyən detalları dəqiqləşdirdiyini bildirmişdi.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Almaniyada təşkil edilən 12 raundluq döyüşdə T. Fyuri V. Kliçkoya xal hesabı ilə qalib gəlib və Beynəlxalq Boks Federasiyası (İBF), WBO və WBA versiyaları üzrə ağır çəkidə dünya çempionu olub. Ancaq britaniyalı boksçu sonradan titulunu qorumaq üçün vacib görüşdən imtina etməsi səbəbindən İBF titulundan məhrum edilib. (Milli)

İnterpress.az