Karateçilərimiz Dubaydan iki medalla döndülərbackend

Karateçilərimiz Dubaydan iki medalla döndülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan karateçiləri 8-10 aprel tarixlərində Dubayda növbəti Karate 1 Premyer Liqa turnirində iştirak ediblər. Bu barədə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Sputnik-ə məlumat verilib.

Bildirilib ki, AMKF-in prezidenti Yaşar Bəşirovun rəhəbrliyi ilə Birləşmş Ərəb Əmirliklərində \”Al-Ahli Dubai Open\”ə 14 nəfərlik heyət yollanıb. Kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayaev və Samir Məmmədov (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Orxan Heydərli və Əli Cəfərov (+84 kq), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (- 68 kq) mübarizə aparıb.

Kata çıxışlarına isə Roman Heydərli ilə Rafiq Əmirov qatılaraq Azərbaycanı təmsil ediblər. Onlardan başqa Karate 1 Premyer Liqasında ilk dəfə fiziki qüsurlu idmançımız Sahib Əhədov tatamidə özünü sınayıb.

Yarışda —75 kq çəki dərəcəsində Rafael Ağayev qızıl medal, +84kq çəki dərəcəsində çıxış edən Şahin Atamov isə gümüş medal qazanıb. Xatırladaq ki, milli komanda bu gün vətənə geri dönəcək.(Sputnik.az)

İnterpress.az