Azərbaycan xaricdə təhsil proqramını dayandırıbbackend

Azərbaycan xaricdə təhsil proqramını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə Rusiyanın aparıcı təhsil müəssisələrində oxuyan 50-dən çox tələbə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak ediblər.
Nazir vurğulayıb ki, xarici ölkələrdə, xüsusilə də Rusiyada yaşayan gənclərimiz Azərbaycan dövlətinin siyasətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin təbliğində mühüm rol oynamalıdır. Son günlər Dağlıq Qarabağda baş verən hadisələr zamanı dünyanın böyük dövlətlərinin Azərbaycanın mövqeyini dəstəkləməsinin Prezident İlham Əliyevin düzgün xarici siyasətinin nəticəsi olduğunu söyləyən M. Cabbarov bu siyasətin xarici ölkələrin ictimaiyyətinə çatdırılmasında diasporların, xüsusilə də gənclərin rolunu vurğulayıb.
Mikayıl Cabbarov tələbələrin suallarına cavab verərək xarici ölkə ali məktəblərinin diplomlarının Azərbaycanda tanınması məsələsinə də toxunub. O bildirib ki, bəzi ali məktəblərin verdikləri diplomların legitimliyi sual doğurur. Bu sahədə qanunvericilikdə bir dəyişiklik edilməyib. Lakin Rusiyada təhsil alıb, öz fikrini rus dilində ifadə edə bilməyən məzunun diplomu təsdiq edilməyəcək. Nazir həmçinin bildirib ki, yalnız öz ölkəsində akkreditasiyadan keçmiş ali məktəbin diplomu Azərbaycanda tanına bilər. Nazirlikdə diplomların tanınması ilə məşğul olan xüsusi idarə yaradılıb və bu proses tam elektron şəkildə həyata keçirilir.
Həmçinin hazırda Azərbaycanda təxminən 3 minə yaxın xarici vətəndaşın təhsil aldığı və onların yarısından çoxunun Çindən gəldiyi qeyd olunub. Rusiya vətəndaşı olan azərbaycanlıların da ölkəmizdə təhsil alması üçün maneə olmadığı bildirilib.
Məktəb direktorlarının seçilməsinin şəffaf sisteminin də qurulduğunu və bu vəzifələrə namizədlərin bilik və bacarığının əsas götürüldüyünü nazir diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramına da münasibət bildirilib. Nazir qeyd edib ki, bu il proqramın həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək və eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.

İnterpress.az