Deputat Milli Məclisi bu qanunu qəbul etməyə ÇAĞIRDIbackend

Deputat Milli Məclisi bu qanunu qəbul etməyə ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aidiyyatı qurumlar bu məsələ üzərində düşünməlidirlər. Ailələri pis vəziyyətdən çıxarmaq lazımdır və bunun qarşısı alınmalıdır. Hesablama Palatası da bununla bağlı təkliflər verə bilər”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputat Əli Məsimli deyib.

O, Hesablama Palatasının fəaliyyətində büdcə vəsaitinin xərclənməsində effektivliyin artırılması məsələsi haqda da danışıb: “Azərbaycan borcları devalvasiyadan əvvəl 10 faiz, devalvasiyadan sonra 20 faizə qalxıb. Bu təhlükəli hədd olmasa da, ölkəmiz üçün uyğun deyil. Bizdə heç vaxt xarici borc 10 faizdən çox olmayıb”.

Deputat deyib ki, 17 minə yaxın insan təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən kənarda qalıb.

“Biz bunu pisləyir və təklif edirik ki, “Təhsil krediti haqqında” qanun qəbul edilsin”.