DAK rəsmisi qaziləri ziyarət edibbackend

DAK rəsmisi qaziləri ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DAK icra aparatının rəhbəri Azərbaycan ordusunun torpaqlarımızın azad olunması istiqamətində həyata keçirdiyi döyüş tapşırıqlarını yüksək qiymətləndirərək bildirib ki, silahlı qüvvələrimizin nizami ordu olduğunu və qısa zamanda işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğunu sübut etdi.
Daha sonra o qeyd edib ki, son hadisələr göstərdi ki, xalqımız nəinki Qarabağı unutmayıb,tarixi torpaqlarımızı belə azad etmək üçün ordumuzla birgə vuruşmağa hazırdır.
Samir Adıgözəlli 2 apreldə baş vermiş əməliyyatlar zamanı Qarabağ qazilərinin də kütləvi surətdə cəbhəyə yollanmasını və döyüşə can atmalarının ayrı bir qürurverici hal olduğunu qeyd edərək, bu hadisələrdə milli birliyimizin nümayiş olunmasının düşməni təşvişə salıb.
Qarabağ qaziləri də görüşdə əsgərlərimizə daim dəstək olmaq üçün cəbhə bölgələrinə səfər etdiklərini, şəhid ailələrinin ziyarət etdiklərini və hərbi vətənpərvərlik ruhunun təbliği isiqamətində bundan sonra da çalışacaqlarını bəyan ediblər.

DAK rəsmisi qaziləri ziyarət edib

İnterpress.az