Cəbhəyanı kəndlərdə 51 ədəd partlamamış hərbi sursat aşkarlandıbackend

Cəbhəyanı kəndlərdə 51 ədəd partlamamış hərbi sursat aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ANAMA-dan daxil olan hesabatda deyilir.

Aprelin 15-də Agentlik tərəfindən Tərtər, Goranboy və Füzuli rayonlarında aşkar olunan PHS-lər haqqında hesabat aşağıdakı kimidir:

Tərtər rayonu

Qapanlı kəndi – 4 ev və həyətyanı sahədə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib.

Şıxarx kəndi -1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi – 6 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamış və 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Füzuli rayonu

Horadiz şəhəri – şəhər və ətrafında 11 partlayış yerinə baxış keçirilib, 11 partlamış sursat aşkar olunub.

Aprelin 15-də Agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 1 əkin sahəsinə baxış keçirilib, 30 partlamış və 2 partlamamış sursat aşkar edilərək götürülüb.

Ümumilikdə, ANAMA tərəfindən 7-15 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 247 ev və həyətyanı sahəyə, 5 ferma və 1 əkin sahəsinə baxış kecirilib, 51 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

İnterpress.az