Cüdoçularımız Avropa kubokunun qalibi oldularbackend

Cüdoçularımız Avropa kubokunun qalibi oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ANS PRESS-in məlumatına görə, Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. Milli komandamız aktivinə daha 1 medal yazdırıb. Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Paşa Əliyev Almaniya, Polşa, Avstriya, Ukrayna və Hollandiya cüdoçularını məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada sloveniyalı Nik Janusa uduzan Paşayev gümüş medalla kifayətlənib.

Cüdoçularımız Avropa kubokunun qalibi oldular

Yarışın ilk günü cüdoçularımız 9 medal qazanıb. Fərid Qəzənfərov (50 kq), Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şəfəq Həmidova (44 kq) qızıl, Elçin Hüseynov (60 kq) gümüş, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq), Yaqub Cavadov (60 kq) və Vüsalə Kərimova (40 kq) isə mötəbər turnirin bürünc medallarına sahib olublar.

Bununla da Azərbaycan millisi 10 medal qazanaraq komanda hesabında Avropa Kubokunu birinciliklə başa vurub. 29 ölkədən 736 idmançının qatıldığı Avropa Kubokunda millimiz 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunub.

Cüdoçularımız Avropa kubokunun qalibi oldular

İnterpress.az