Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək komandalar açıqlanıbbackend

Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək komandalar açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya, İngiltərə və Almaniyanın hərəyə 3, İtaliya, Portuqaliya və Fransanın isə 2 klubu birbaşa qrup mərhələsində mübarizə aparacaq.
İspaniyanın \”Barselona\”, \”Real Madrid\”, \”Atletiko\”, İngiltərənin \”Lester\”, \”Tottenhem\”, \”Mançester Siti\”, Almaniyanın \”Bavariya\”, \”Borussiya\”, \”Bayer\”, İtaliyanın \”Yuventus\”, \”Napoli\”. Portuqaliyanın \”Benfika\”, \”Sportinq\”, Fransanın PSJ, \”Monako\”, Rusiyanın \”Rostov\”, Ukraynanın \”Dinamo\” (Kiyev), Hollandiyanın PSV, Belçikanın \”Brügge\”, İsveçrənin \”Bazel\” və Türkiyənin \”Beşiktaş\” klubu birbaşa ÇL-in qrupuna yüksələcək. Bu, yalnız komandaların hazırda davam edən öz ölkələrinin çempionatında yüksək yerlər tuta biləcəkləri təqdirdə mümkün olacaq.
Pley-off mərhələsindən isə 5 komanda – \”Vilyarreal\” (İspaniya), \”Arsenal\” (İngiltərə), \”Herta\” (Almaniya), \”Roma\” (İtaliya) və \”Portu\” (Portuqaliya) mübarizəyə qoşulacaq.(Report)

İnterpress.az