AFFA “Bakı”nı çempionatdan kənarlaşdırıbbackend

AFFA “Bakı”nı çempionatdan kənarlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitənin bu gün baş tutan iclasında U-17 Liqasının “Xəzər Lənkəran” – “Turan İB” və AZAL – “Xəzər Lənkəran”, U-15 Liqasının “Xəzər Lənkəran” – “Bakı” görüşlərində qonaqların matça gəlməməsini araşdırıb.

Hər üç qarşılaşmada meydan sahiblərinə texniki qələbə verilib. “Bakı” mövsümdə 3-cü dəfə bunu təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.

Bundan başqa, intizamsız futbolçulara qarşı da sərt cəzalar tətbiq olunub. U-15 Liqasının “Neftçi” – “Ağsu” matçında qonaqların futbolçusu Samir Əhədov təhqiramiz ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalanıb. Onun məşqçisi Talıb Musayev texniki zona qaydalarını pozduğu üçün 1 matçlıq kənarlaşdırılmaya məruz qalıb. U-14 Liqasının “Xəzər Lənkəran”la qarşılaşmasında hakimi təhqir edən Rəşad Kərəmov 2 tur İOEUGİM-ə (Sumqayıt) kömək etməyəcək.

Futzal üzrə Azərbaycan çempionatının “Ağdam”la matçında hakimi təhqir edən Rasif Səfiyarov “Xəmsə”nin 4 oyununda meydana çıxmayacaq. Azərbaycan birinciliyinin “Baku Fire” ilə qarşılaşmasında hakimlər briqadasını söyən “Zirvə”nin oyunçusu Ülvi Bağırlı 4 matçlıq “istirahət qazanıb”. Həvəskarlar liqasının “Çağırğan”la oyununa gəlməyən “Sabunçu”ya texniki məğlubiyyət (0:3) verilib.(Apasport.az )

İnterpress.az