Gimnastlarımız Budapeşt Kubokunda 8 medal qazanıbbackend

Gimnastlarımız Budapeşt Kubokunda 8 medal qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, Murad Ağarzayev, Timur Bayramov, Ağamurad Qəhrəmanov, Sergiy Onbış, Cavidan Babayev, Səməd Məmmədli və Mənsum Səfərovla turnirə qatılan yığmamız yarışı 8 medalla başa vurub. I yaş qrupunda (1998-1999) çıxış edən Ağarzayev sərbəst hərəkətlər və dayaqlı tullanma üzrə finallarda müvafiq olaraq gümüş və bürünc medal qazanıb. Çoxnövçülükdə 8-ci yerdə qərarlaşan Murad turnik üzərində hərəkətlərin finalında 4-cü, halqalarda isə 5-ci olub. Elə həmin yaş qrupunda beynəlxalq arenada debüt çıxışını nümayiş etdirən digər gimnast Bayramov turnik (5-ci yer), halqalar (6-cı yer) və dayaqlı tullanma (8-ci yer) üzrə finallarda iştirak edib.

Onbış, Babayev və Qəhrəmanov II yaş qrupunda (2000-2001) çıxış ediblər. Dayaqlı tullanma üzrə final çıxışı Sergiyə “qızıl” medal gətirib, paralel qollar üzərində çıxışından sonra isə o, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Bu yaş qrupunda onun komanda yoldaşları – beynəlxalq arenada ilk dəfə çıxış edən Babayev halqalar üzərində finalda 4-cü mövqedə qərarlaşıb, Ağamurad Qəhrəmanov isə sərbəst hərəkətlərdə 4-cü yeri Böyük Britaniyadan olan gimnastla bölüşüb və dayaqlı tullanma üzrə çıxışında 5-ci pillədə qərarlaşıb.

Gənclərin ən kiçik, III yaş qrupunda (2002-2003) çıxış edən Səməd Məmmədli bir dəst medalla kifayətlənmədi (sərbəst hərəkətlər – “qızıl”, gimnastika atı – “gümüş”, çoxnövçülük – “bürünc”). Paralel qollar üzərində çıxışı isə ona ikinci gümüş medalı qazandırıb. Bu alət üzərində hərəkətlərdə beynəlxalq yarış meydançasına ilk dəfə qədəm qoyan Səfərov isə Almaniyanı təmsil edən gimnastla 4-cü yeri paylaşıb.

Qeyd edək ki, gənc gimnastlarımızı qarşıda Avropa birinciliyi (Bern, İsveçrə – 25-29 may) gözləyir. Burada Azərbaycan ilk dəfə olaraq komanda hesabı yarışlarda çıxış edəcək.(apasport.az)

İnterpress.az