İdmançıların qarderobunu “eşələdik” – “Mən kənd uşağıyam nə marka?!”backend

İdmançıların qarderobunu “eşələdik” – “Mən kənd uşağıyam nə marka?!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hətta markaya önəm verməyənlər də tapıldı.
Orxan Səfərov, cüdo üzrə “Böyük Dəbilqə” turnirinin 2 qat qalibi, Avropa Oyunlarının gümüç medalçısı: “Markaların çoxunu bəyənirəm. Mənim üçün fərqi yoxdur. “Adidas” da olar, “Nike” da… Amma cüdoçular arasında ən məşhur idman markası “Mizuno”dur”.
Nicat Şıxəlizadə, cüdo üzrə Avropa və dünya çempionu: “Geyimlərimdə bir çox markalardan istifadə edirəm. Demək olar ki, idman paltarlarımın çoxu “Adidas” firmasınındır və bu markanı bəyənirəm”.
Nazim Babayev, yüngül atletika üzrə Avropa çempionu, dünya rekordşusu: “Uşaq yaşlardan ən çox sevdiyim marka “Nike” olub. 17 yaşımdan isə “Nike” idman markası ilə rəsmi müqavilə imzalamışam. Bütün idman geyimlərim həmin markadandır”.
Ramin İbrahimov, London Paralimpiya Oyunlarının qalibi: “Mən əsasən “Unbro”dan geyinirəm. Amma hərdən “Adidas”a da üstünlük verirəm”.
Həsən Əliyev, yunan-Roma güləşi üzrə Dünya və Avropa çempionu: “Mən elə şeylərə fikir vermirəm. Hər nə bəyəndim, alıb geyinirəm. Önəmli deyil mənim üçün hansı markadır. Mən kənd uşağıyam, nə marka?!”
Hacı Aliyev, sərbəst güləş üzrə Avropa və 2 qat dünya çempionu: “Nike”, “ASICS”, “Adidas” – bunlardan geyinirəm”.
Fəridə Əzizova, taekvando üzrə iki qat Avropa çempionu, I Avropa Oyunlarının gümüş medalçısı: “Puma”nın məhsullarını heç geyinmirəm. Üstünlük verdiklərim isə “Adidas” və “Nike” markalarıdır…”
Aynur Məmmədova, parataekvondo üzrə 2 qat dünya, 3 dəfə Avropa çempionu: “Mənim üçün əsas keyfiyyətdir. Hansı markanın malı xoşuma gəlirsə, alıram. Çünki bütün markalardan geyinirəm. Sırf bır markanı xoşlayıram desəm, yalan olar. Ən çox idman ayaqqabılarımın brend olmasını istəyirəm.
Məsələn, ayağımın rahat olması üçün idman ayaqqabılarımda “Adidas”, “Puma”, “Nike” kimi bəzi brendlərdən istifadə edirəm, geyimlərdə isə daha çox “Puma” və “Nike”ın mıhsullarına üstünlük verirəm”.
Röyalə Fətəliyeva, parataekvondo üzrə dünya çempionu: “İdman geyimlərimdə daha çox “Adidas” markasından istifadə edirəm”.
Günay Hacıyeva, uşu-sanda döyüş növü üzrə dünya çempionu: “Ən çox sevdiklərim “Adidas”, “Nike” və “Venum” markalarıdır. Bu markadan idman geyimlərim və çantalarım var”.
Elvin Mürsəliyev, yunan-Roma güləşi üzrə Avropa Oyunlarının qalibi: “Çox vaxt “Puma”dan geyinirəm”.
Eduard Məmmədov, kikboks üzrə 22 qat dünya çempionu: “Kappa”ya üstünlük verirəm”.
Şahin Atamov, karate üzrə dünya çempionu: “Məndə bir çox idman markalarının formaları var. Amma çoxu “Adidas”dandır. Elə millimizin uniforması da “Adidas”dır. Ümumilikdə isə idman geyimlərimdə “OASCİS”, “Mizuno” kimi markalardan da var”.
Ayxan Mamayev, karate üzrə İslam Həmrəylik Oyunlarının və I Avropa Oyunlarının qalibi: “Nike” markasına üstünlük verirəm. Amma mənim üçün əsas yaraşmağıdır”.(Hurriyyet.org)

Aygün İlqarqızı, Hurriyyet.org

İdmançıların qarderobunu "eşələdik" – “Mən kənd uşağıyam nə marka?!”

İnterpress.az