Formula 1 yarışları və onun maliyyəsi… bir az da tarixibackend

Formula 1 yarışları və onun maliyyəsi… bir az da tarixi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Prisi yarışına çıxarılan biletlərin satışından təxminən 3-4 milyon manat arası gəlir əldə etmək mümkün olacaq”. Bunu bir neçə ay öncə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov demişdi. Və indi yarışlar başlanıb. Maliyyə məsələlərini yada salmaq üçün “Yeni Müsavat” bəzi rəqəmləri təqdim edir.

İlk gündən açıqlanıb ki, yarış üçün 30 min bilet satışa çıxarılıb. Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsilə start verilib. Satış həm internet, həm də kassa vasitəsilə mümkün olub.

Yarışı canlı izləmək üçün azarkeşlər ən azı 19 manatlarından keçməli olacaqlar. Ən baha bilet isə 620 manatdır. Qeyd edək ki, Azərbaycan vətəndaşları biletləri 40% güzəştlə əldə edə biləcəklər. Bəzi bilet qiymətlərini nəzərinizə çatdıraq:

İçərişəhər tribunası (3 gün) 440 AZN, Muğam tribunası (3 gün) 370 AZN, Sahil Tribunası / 3 gün 370 AZN, ayaqüstü zona (3 gün) 95 AZN, ayaqüstü zona / Yalnız ilk gün – 19 AZN

Dünyada da vəziyyət ən azı bizimki kimidir. Formula 1 yer üzündə ən çılğın azarkeşi olan və yaxşı bilinən yarışlardan biridir. Böyük rəqabətlə müşayiət olunan Gran Prix yarışını yerində izləmək qiyməti sizə bir az yüksək görünə bilər. Lüks idman aksiyası üçün bilet qiyməti 513 dollardan başlayır.

Olimpiadalarda tennis, üzmə və basketbol kimi idman növlərinin bilet qiymətləri olduqca yüksək olsa da, olimpiadanın açılış mərasimi bunlardan daha yüksəkdir. Meydana yaxın yerləri üzgüçülük yarışı üzrə 700 dollara, atletizmdə isə 4000 dollara satırlar.

Formula 1 yarışları və onun maliyyəsi... bir az da tarixi

BBC-nin araşdırmasına görə, Dünya Formula 1 yarışları maliyyələşdirilməsinin məxfiliyi ilə məşhurdur və Grand Prix keçirilməsinin xərcləri ölkədən ölkəyə fərqli olan çox sayda müxtəlif faktorlardan asılıdır. Buna baxmayaraq, bildiyimiz bəzi məsələlər var ki, orta hesabla xərci hesablamaq imkanı verir.

Birincisi yarışın qiymətidir. Yarışların əksəriyyəti öz ölkələrini F1-in dünya şöhrəti vasitəsilə təbliğ etmək istəyən müvafiq hökumətlərin öz hesabına keçirilir.

Orta hesabla ev sahibliyi etməyin haqqı birinci il üçün 25 milyon dollardır. Bundan sonra hər növbəti ildə qiymət qalxır.

Bunun ardınca, tribunların kirayələnməsi, dayanacaq meydançalarının, həkim və tibb mərkəzlərinin və bütün infrastrukturun xərcləri gəlir. Bunların hamısı bir neçə milyon dollar deməkdir.

Avstraliyada, Melburndakı Albert Park, Bakıda olduğu kimi şəhərdaxili dövrədir və on il müddətində 875 milyon dollar xərc tələb edib. Bu hesabdan bir ilə 87, 5 milyon dollar düşür.
Bir az da tarix barədə. Ralli yarışları ilk benzin yanacaqlı avtomobillərin hazırlanması ilə başlanıb. İlk yarış 1894-cü ilin 22 iyul tarixində keçirilib. Parisin “Le Perir Journal” adlı dərgisi tərəfindən maliyyələşdirilən yarış Paris-Rouen arasındakı 126 kilometrlik bir məsafədə 21 maşının qatılması ilə başlanıb. Bu, daha çox bir etibarlılıq yarışı şəklində olub. Ancaq yarışın adı “Parisdən Rouenə – 1894\” olaraq dəyişdirilib.

Yarışmaçılar ”Karl Benz\”, “Benz Cie”, “Cottlieb Daimler”, “Vilhelm Maybach” kimi industriya maşınları ilə yarışa qatılıb. İrəliləyən illərdə maşın idmanlarında fərqli sahələr də inkişaf edib və ilk dəfə “pist yarışı” adlandırılan yarışlar 1898-ci ildə Periqueeuxdə düzənlənib. Nəticələrin elan edilməsi və yayımlanması ilə bu, bir yarışma xarakteri daşımağa başlayıb. Bu yarışmanın öz nəticələri çərçivəsində bir bütünlüyü var və özünəməxsusdur. Bir və ya bir neçə mərhələdən, eləcə də finaldan ibarətdir. Sərbəst məşqləri və sıralama turlarını əhatə edə bilir, bənzər formada da bölümlərə ayrılır.

Formula 1 yarışları və onun maliyyəsi... bir az da tarixi

Yarışmanın başlama zamanı olaraq, daha öncə müəyyənləşdirilən idari və texniki nəzarətin olması vacib şərt kimi qəbul edilir. Bu, yarışmanı, məşqləri və yarışmaçıları əhatə edir. Sürət yarışları öncədən müəyyənləşdirilən, orta bir sürətdə, qismən və ya tamamilə normal nəqliyyata açıq yol üzərində həyata keçirilən yarışmalardır. Bir ralli yarışı ya bütün maşınların izləyəcəyi tək bir məkandan, ya da ortaq bir məkan tapılmasa, bir neçə məkandan ibarət ola bilər. Özəl mərhələlərin xaricindəki məkan və məkanlar “Normal etap” adlandırılır. Bu normal mərhələlərdəki sürət heç bir şəkildə yarışmanın səviyyəsinin müəyyənləşdirilməsində bir faktor olmamalıdır.

Formula 1 yarışları və onun maliyyəsi... bir az da tarixi

Beynəlxalq rallilərdə bütün maşınların gücü təxminən 300 hp ilə məhdudlaşdırılıb.
Bu yarışlar keçirilən zaman baş ünvan olan şəhərlərdə nə baş verirdi? İlk növbədə yarışların keçirildiyi yollar ictimai nəqliyyata qapadılırdı. Bir çox yarışlar şəhərlərarası keçirilirdi – Parisdən Venaya və ya əksinə. Bəziləri qapalı traslarda baş tuturdu. Bundan başqa, yarışın təşkilatçıları bir qayda olaraq, təhlükəsiz və yararlı, funksional yolların qurulmasına məsuldular. Bunlardan biri yarış trası kimi ən qədimi sayılan “İndianapolis Motor Spiduey” trası olub. Bu tras 1909-cu ildə istifadəyə verilib və hələ də fəaliyyət göstərməkdədir. İngilislər də daxil olmaqla, avropalılar şosse yarışlarına üstünlük verirdilər. Taxta panellərdən hazırlanmış sürət traslarının tikilməsi də bu sahədə mühüm yenilik idi. 1915-ci ildən 1930-cu ilə qədər 24 belə tras istifadəyə verilib.

Amma hər bir gözəlliyin bir neçə mənfi cəhəti də var. Belə ki, Avropada bu yarışlar zamanı baş verən bir neçə bədbəxt hadisədən sonra ralli yarışları ictimai yollarda yox, məhz yarış traslarında keçirilməyə başlanıb. Yarış maşınları ilə yanaşı, onları daim nəzarətdə saxlayan maşınlar da hər zaman onları müşayiət edib.(musavat)

İnterpress.az