Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Lionel Messidən imzalı forma alan Murtaza Ahmadi çətin vəziyyətdə

Barcelonanın argentinalı ulduz futbolçusu Lionel Messidən imzalı milli komanda forması alan Murtaza Ahmadi çətin vəziyyətə düşüb

Dərc edilib: 4 may 2016 [13:39]
Baxış sayı: 4842

Barcelonanın argentinalı ulduz futbolçusu Lionel Messidən imzalı milli komanda forması alan Murtaza Ahmadi çətin vəziyyətə düşüb
Sellofandan hazırladığı Messi forması ilə məşhur olan 5 yaşlı əfqan uşaq, təhdidlər səbəbi ilə ailəsi ilə birlikdə Pakistana qaçmaq məcburiyyətində qalıb. Bizimyol.info xəbər verir ki, Barcelonanın argentinalı ulduz futbolçusu Lionel Messidən imzalı milli komanda forması alan Murtaza Ahmadi çətin vəziyyətə düşüb. Murtazanın atasının bildirdiyinə görə bir qrup şəxs onları təhdid edib və onlardan pul tələb edib. Məşhur olan Murtuzanı hətta qaçırmağa da cəhd göstəriblər. Cinayətkar dəstələrin əlindən bezən ailə sonda Pakistana qaçmaq məcburiyyətində qalıb.


Xatırladaq ki, Murtaza ailəsi ilə birlikdə Əfqanıstanın şərqindəki Gazni vilayəyətində yaşayırdı. Sellofandan hazırladığı Messi forması ilə məşhur olan uşağa, ulduz futbolçu da maddi və mənəvi dəstək göstərmişdi. Lionel Messi "UNICEF"-in vasitəçiliyi ilə 5 yaşlı uşağa bir neçə forma göndərmişdi.



(Bizimyol)
İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 244