Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



17 yaşlı futbolçularımız rüsvayçılıqla başladı 0:5

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib.

Dərc edilib: 6 may 2016 [11:47]
Baxış sayı: 3054

A və B qrupunun komandaları I turun oyunlarına çıxıblar.

Günün ilk qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib. Ölkənin ən böyük arenasında B qrupunda çıxış edən Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəliblər. Matç birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

8-ci km qəsəbə stadionunda keçiriləcək qrupun digər matçında isə çempionatın favoritlərindən olan Almaniya Ukraynanın müqavimətini qıra bilməyib - 2:2.

Bu stadiondakı növbəti matç isə A qrupunun oyunu olub. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya qarşılaşıblar. Gözlənildiyi kimi qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb - 2:0.
Günün son qarşılaşması da Bakı Olimpiya Stadionuna təsadüf edib. 19:30-da start götürəcək açılış mərasiminin ardınca yığmamız meydana çıxıb. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya qarşısında darmadağına üzülüb - 0:5.
U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi, I tur

A qrupu
Azərbaycan – Portuqaliya - 0:5
Qollar: Joze Qomes, 4, 16, Elçin Əsədov, 24 (öz qapısına), Migel, 44, Fernandes, 76
Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzas (Macarıstan), Vasili Ermişin (Moldova), Sergeyus Sliva (Litva)
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Məmməd Hüseynov, 2. Hüseyn Seyliğli, 3. Riyat Qarayev, 5. Elçin Əsədov (k), 6. İbrahim Qədirzadə, 7. Fərid Nəbiyev, 8. Metin Güler, 9. Doğukan Öksüz, 14. İsmayıl Karakaş, 15. Ceyhun Muxtarlı, 17. Barış Ekincier
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Yusif Həsənov, 10. Pilağa Mehdiyev, 11. Nadir Qasımov, 16. Murad Mahmudov, 18. Süleyman Əhmədov, 19. Ege Atlam
Portuqaliya: 1. Dioqo Kosta, 2. Dioqo Dalot, 3. Dioqo Queiros, 5. Ruben Vinaqre, 6. Qedson Fernandes, 7. Joao Filipe, 8. Migel Luis, 9. Joze Qomes, 11. Mesaque Dju, 13. Dioqo Leite, 14. Florentino
Ehtiyat oyunçular: 12. Joao Virginia, 4. Luis Silva, 10. Quina, 15. Terri Korreia, 16. Joao Lameyra, 17. Rafael Leao, 18. Mikel Almeyda
Belçika – Şotlandiya - 2:0
Qol: Korrin, 45, Openda, 60
Hakimlər: Peter Kraloviç (Slovakiya), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Orxan Məmmədov (Azərbaycan)
8-ci km qəsəbə stadionu

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 244