Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Moskvada Azərbaycanın imicinə kimlər xələl gətirib? - VİDEO

Azərbaycanda qaydasız döyüşlə məşğul olanların sayı günü-gündən artır. Məşğul olanlar dedikdə, tək idmançıları deyil, onları yarışa çıxaranları, başqa sözlə desək, promouterləri nəzərdə tuturuq. Adətən, Azərbaycan idmançılarının bu cür turnirlərdə inamlı çıxışının şahidi olmuşuq. Xüsusi ilə də, qaydasız döyüş təşkilatçılarının "damarını yaxşı tutduğu" Azərbaycan-Ermənistan məsələsində başımız həmişə uca olub. Bu mövzuda əksəriyyətin yaxşı xatırladığı Azad Əskərov misalı var. Özündənrazı erməni rəqibini bir zərbə ilə nokauta göndərən idmançımızın həmin döyüşü böyük rezonans doğurmuşdu. Əskərovun ardıcılları da az deyil. Bayaq da qeyd etdiyimiz kimi, ermənilərin bu sahədə də “dərsini verən” oğullarımızın sayı çoxdur. Təəssüf ki, hansısa əlaqələr hesabına bu cür yarışlarda Azərbaycanın adından süi-istifadə edənlər də var.

Dərc edilib: 11 may 2016 [20:46]
Baxış sayı: 3445

Ramal
İnterpress.az xəbər verir ki, bugünlərdə yaşanan xoşagəlməz hadisə tək idman ictimaiyyətinin yox, əksəriyyətin ovqatını təlx elədi. Moskvada keçirilən OFS versiyasında yarışda təcrübəsiz birinin, kimsəsiz uşaq kimi, Azərbaycan adından, kifayət qədər təcrübəli erməni idmançısının qarşısına çıxaranların məqsədi nə olub? Yarış təşkilatçılarının ucuz reklamına uyaraq müəyyən məbləğdə pul qazanmaq? Bununla ölkənin imicini ayaq altına atmaq? Cəbhədə yaşanan son hadisələrdə Vətən uğrunda canından keçənlərin ruhunu təhqir etmək? Ermənilərin bəsit təxribatına uyaraq, təbliğat müharibəsində onların aktivinə xal yazdırmaq? Bu rüsvayçılığa cavabdeh şəxslərin cavablarını səbirsizliklə gözləyirik. Kimsəsiz, özbaşına uğaq kimi, Azərbaycanı təmsil etməsi az deyil, hələ erməni dığasının təhqirini udan Murtazovun bəlkə də, Qarabağdakı qondarma rejimin əski parçasından xəbəri yoxdur. Bəs onu yarışa çıxaranların necə? Bax, bu sualın cavabı çox maraqlıdır...

P.S. Məsələ ilə bağlı araşdırmamız davam edir. (sportline.az)

İnterpress.az








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250