İslam Həmrəyliyi Oyunları üçün idman arenası inşa olunmayacaqbackend

İslam Həmrəyliyi Oyunları üçün idman arenası inşa olunmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu gənclər və idman naziri, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsinin (AİSGOC) baş icraçı direktoru Azad Rəhimov deyib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı 16 idman qurğusundan istifadə olunacaq: “I Avropa Oyunları zamanı istifadə olunmayan “Sərhədçi” kompleksindən, Tennis Akademiyasından, Şüvəlandakı ağır atletika mərkəzindən, “Dalğa “və “Bakcell Arena” stadionlarından IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə olunacaq”.

Nazir qeyd edib ki, oyunlara 8 minə yaxın könüllü cəlb olunacaq. A. Rəhimov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq.

Gülşanə Mustafayeva

İnterpress.az