Şahmat üzrə çempionu Gəncədə belə qarşıladılar-VİDEObackend

Şahmat üzrə çempionu Gəncədə belə qarşıladılar-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahmatçı yetirməsi olduğu yerli Şahmat-Dama Məktəbində təntənə ilə qarşılanıb.

Yarışda Azərbaycanla yanaşı 34 ölkədən 458 zəka sahibi iştirak edib. Birincilik 7-17 yaşarası yeniyetmələr arasında reallaşıb.
Budaqova İsveçrə sistemi ilə 9 turdan ibarət olan mundialda 7,5 xal toplayaraq dünya çempionu adını qazanıb. Leyla bununla kifayətlənməyib.

O, həm də öz yaş qrupunda blits-turnirin qalibi olub. Belə ki, klassik şahmatdan kənar istirahət günü Tailandda məktəblilər arasında blits üzrə dünya birinciliyi baş tutub. Budaqova yeddi oyunda 6 qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məşqçi Təranə Səyidovanın yetirməsi olan Leyla Budaqova 4 yaşından şahmatın sirrlərini öyrənir. O, bu müddət ərzində iki dəfə məktəblilər arasında Azərbaycan birinciliyinin baş mükafatına yiyələnib.

Şahmatçılar ailəsi kimi tanınan Budaqovlar ailəsinin azyaşlı üzvü iyun ayında daha bir yarışda iştirak edə bilər. Leylanın bu dəfə Türkiyənin Konya şəhərində düzənlənəcək Avropa birinciliyində gücünü sınayacağı gözlənilir. (KəpəzTV)

İnterpress.az