Gəlin, sürət həyəcanına yaxın olaq!backend

Gəlin, sürət həyəcanına yaxın olaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, (BŞH) təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa Qran Prisinin elçilərindən əməkdar artist, bəstəkar Tünzalə Ağayeva, Formula 1 üzrə idman şərhçisi Rəhim Əliyev və Bakı Marşal Klubunun (BMK) ulduz elçisi, əməkdar artist Murad Dadaşov iştirak edəcək.
Tədbir zamanı Formula 1 Avropa Qran Prisinin elçiləri sevənləri ilə görüş keçirəcək və iştirakçılara avtoqraflar təqdim edəcəklər.
Bununla yanaşı, Avropa Qran Prisinin ulduz elçisi Tünzalə Ağayeva Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışına həsr etdiyi mahnını məhz bu tədbir zamanı ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, tədbirdən əvvəl Red Bull şirkəti tərəfindən mini trek yarışı keçiriləcək və yarışın sonunda qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.
Bakıda möhtəşəm bir yarışın ərsəyə gəlməsində bütün gücünü səfərbər edən əməliyyat şirkətinin fəaliyyətinin geniş içtimaiyyətə çatdırılmasında verdiyiniz dəstəyə görə hamınıza öz dərin minnətdarlığımızı bildiririk. Ümidvarıq ki, yaxın gələcəkdə Sizinlə birlikdə Bakıda böyük coşğuya şahid olacağıq.
Gəlin, sürət həyəcanına yaxın olaq!

Qeyd edək ki, tədbir Dənizkənarı Bulvarda yerləşən Formula 1 Əyləncə Zonasında 21 may 2016-cı il tarixində, saat 16:00-da baş tutacaq.

Gülşanə Mustafayeva
İnterpress.az