Yeniyetmələrin Azərbaycan birinciliyində ilk günbackend

Yeniyetmələrin Azərbaycan birinciliyində ilk gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunub.

Yarışda AGF-nin nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq iştirak edir.

Yarışların təntənəli açılış marasimi mayın 25-də saat 17:00-da baş tutacaq.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəkidə 142 yeniyetmə pəhləvan yarışır.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

İnterpress.az