Avropa Qran Prisinə 20 gün qalıbbackend

Avropa Qran Prisinə 20 gün qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, modern üslubda hazırlanan installyasiya şəhərin qonaqlarına və sakinlərinə Formula 1-in bu ilki mövsümünün 8-ci yarışı olan Avropa Qran Prisinin başlamasına qalan vaxtı göstərir. Paytaxtın ən işlək küçələrinin biri üzərində quraşdırılmış gerisayım saatı ictimaiyyət arasında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışına diqqəti cəlb etməklə yanaşı bu yarışa marağın artmasına kömək edəcək.
Avropa Qran Prisinə hazırlıq işlərinin əksəriyyətini uğurla başa vuran əməliyyat şirkəti hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yarışın keçirilməsi üçün gərəkli olan bütün hazırlıq işlərini iyunun 16-dək tam başa vurmaq əzmindədir.

Avropa Qran Prisinə 20 gün qalıb

Artıq Paddok ərazisində yerləşən Pit binasının, Beynəlxalq Avtomobil Federasiyası, Formula Bir Rəhbərliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, komandalar və yarışla əlaqədar digər iştirakçıların ofislərinin tikintisi başa çatıb. Hazırda bu tikililərdə texniki avadanlıqlar quraşdırılmaqdadır. Paddok ərazisində görülən bütün hazırlıq tədbirlərinin iyunun 6-dək yekunlaşdırılaraq əlaqədar tərəfdaşlara təhvil verilməsi nəzərdə tutulub.

Avropa Qran Prisinə 20 gün qalıb

Bakı Şəhər Halqasının asfalt örtüyü yarış üçün hazır vəziyyətə gətirilib. Trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılması ilə əlaqədar işlərin 95%-i artıq başa çatıb. Şəhər sakinlərinin fasiləsiz hərəkətinə mane olmamaq üçün trekin bəzi yerlərində təhlükəsizlik baryerləri yarışa ən yaxın günlərdə quraşdırılacaq. Belə ki, 14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsiz baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək.

Avropa Qran Prisinə 20 gün qalıb

Avropa Qran Prisinə 20 gün qalıb

Avropa Qran Prisinə 20 gün qalıb

Avropa Qran Prisinə 20 gün qalıb

Avropa Qran Prisinə 20 gün qalıb

Gülşanə Mustafayeva
İnterpress.az