Azərbaycan və Kuba güləşçiləri arasında görüş baş tutdu-FOTObackend

Azərbaycan və Kuba güləşçiləri arasında görüş baş tutdu-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar növbəti təlim-məşq toplanışını Göygöy Olimpiya İdman Kompleksində Kuba güləş yığmaları ilə birgə keçib.

Hazırlıqların son günündə Azərbaycan və Kuba sərbəst güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib.

Yoldaşlıq görüşünü izləyənlər arasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, sərbəst güləş üzrə vitse-prezident Maqomed Aliomarov, eləcə də federasiyanın baş katibi Rəşad Əli-Zadə və Kuba Güləş Federasiyasının rəsmiləri də olub.

Olimpiadada təmsil olunan 6 çəki dərəcəsində 9 qarşılaşmanın baş tutduğu yoldaşlıq görüşü Azərbaycan pəhləvanlarının 7:2 qələbəsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.

https://www.youtube.com/watch?list=PLLIZMJVQNqsAPBzCiWnHASFfD5pV5Xopr&v=OIxq0cgWCJ8

İnterpress.az