İki ingilis millisi iki slavyana qarşıbackend

İki ingilis millisi iki slavyana qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin başçılıq etdiyi “B” qrupunda da maraqlı yarış mübarizəsi gözlənilir.

B qrupu
İngiltərə
Rusiya
Uels
Slovakiya

Qrup haqda öncə İngiltərə haqda maraqlı statistika ilə başlayaq. İngiltərə Avropada yeganə ölkədir ki, dünya çempionu olub, amma heç vaxt qismətinə Avropanın birincisi olmaq düşməyib. Futbolun vətəni sayılan İngiltərənin AÇ-larında ən yaxşı nəticəsi 1968-ci və 1996-cı illər çempionatlarında yarımfinala çıxmaq olub. İngilislər adətən, çempionatlara stabil komanda çıxara bilir, amma son anda…

Statistika göstərir ki, əgər penaltilər seriyasındakı məğlubiyyətlər olmasaydı, ingilislərin çempionatlardakı uğurları indikindən bir neçə dəfə çox olardı. Doğrudan da, 1990-cı ildə AFR ilə yarımfinal matçındakı penallaşmanı uduzandan sonra ingilislər uğursuzluq zolağından çıxa bilmirlər. Belə ki, 1996-cı, 2004-cü, 2012-ci il Avropa, 1998-ci və 2006-cı il dünya çempionatlarında İngiltərə millisi penallarda mübarizəni dayandırıb.

Nədir bu? Tilsimmi? Lənətlənməmi?

Seçmə mərhələdə İngiltərə əla nəticə göstərib. Keçirdiyi 10 oyunun hamısında qalib gəlib.
Komandanın baş məşqçisi Roy Hocson heyətə əsasən gəncləri dəvət edib. “Mançestr Yunayted”in 18 yaşlı hücumçusu Markus Reşfordun milli komandanın heyətinə daxil edilməsi bunun sübutudur. Təhlilçilərə görə, ingilislər “Avro-2016\”da sürətli oyun taktikası seçəcəklər. ”Tottenhem\”in iki hücumçusu-Dele Alli və Hari Keyn mili komandanın əsas ümidləri olsa da, müdafiədə ingilislər axsayır. İngiltərə millisinin bu çempionatda qəhrəmanının Keyn ola biləcəyi ilə bağlı da proqnozlar var. Keyn bu mövsüm “Tottenhem”in heyətində 25 top vuraraq primyer-liqanın ən məhsuldar oyunçusu olub.

Əlbəttə, ingilislərin əsas ümidi ulduz oyunçu Ueyn Runidir. Millinin baş məşqçisi Ueyn Runi haqda danışarkən deyib ki, bu cür oyunçunun komandada olması böyük üstünlükdür. “O meydanda təkcə kapitan kimi deyil, öz emosiyası, peşəkarlığı ilə oyunçulara nümunə olmağı bacarır. İki il əvvəl onu kapital təyin edərkən doğru qərar verdiyimə şübhə yoxdur”. Hocson deyib ki, Frenk Lempardın və Stiven Cerarradın komandadan ayrılmasından sonra yarımmüdafiədə uğurlu dəyişikliklər edə biliblər.

İngiltərə millisinin yekun heyəti belədir:

Qapıçılar: Freyzer Forster (“Sauthempton”), Co Hart (“Mançester Siti”), Tom Xiton (“Bernli”)

Müdafiəçilər: Rayan Bertran (“Sauthempton”), Qeri Keyhill (“Çelsi”), Nataniel Klyayn (“Liverpul”), Danni Rouz (“Tottenhem”), Kris Smollinq (“Mançester Yunayted”), Con Stouns (“Everton”), Kayl Uoker (“Tottenhem”)

Yarımmüdafiəçilər: Dele Alli, Erik Dayer (hər ikisi – “Tottenhem”), Ross Barkli (“Everton”), Rahim Sterlinq (“Mançester Siti”), Cordan Xenderson, Adam Lallana, Ceyms Milner (hamısı – “Liverpul”), Cek Uilşer (“Arsenal”)

Hücumçular: Harri Keyn (“Tottenhem”), Markus Reşford, Ueyn Runi (hər ikisi – “Mançester Yunayted”), Deniel Starric (“Liverpul”), Ceymi Vardi (“Lester”).

Dzyuba: “Rusiyanı orta səviyyəli hesab edirlər”

Rusiya millisi bu kimi mötəbər turnirlərin statistikasına adı SSRİ-yə görə düşüb. Yəni Rusiya SSRİ-nin varisi olduğu üçün dağılmış ittifaqın futbol meydanında o qədərdə parlaq olmaya uğurlarının da varisidir. SSRİ-nin isə uğuru 1960-cı ildə AÇ qalibi olması, üç dəfə isə finaladək irəliləməsi olub. Rusiya müstəqil olduqdan sonra bütün beynəlxalq çempionatlarda demək olar ki, solğun da olsa iştirak edib, yalnız bir dəfə qrupdan növbəti mərhələləyə adlayıb. Bu isə Qus Hiddinkin rəhbərliyi ilə 2008-ci ildə baş verib və ruslar yarımfinaladək gələ biliblər. Rusiya millisinin indiki uğuru isə “ÇSK”in məşqçisi Leonid Slutskinin adı ilə bağlıdır.

İki ingilis millisi iki slavyana qarşı

Rusiya bu çempionatda yalnız özünü göstərə, qrupdakılara problem yarada bilər. Rusların açıqlamalarından belə anlaşılır ki, milli komanda qrup mərhələsini keçməyi düşünür. Rusiya millisi bu çətin işdə Artyom Dzyubaya çox güvənir. 27 yaşlı Dzyuba uefa.com-a müsahibəsində etiraf edib ki, Rusiya millisinin orta səviyəli komanda hesab edirlər və bu səbəbdən də Fransada “qara at” olmaq arzusundadılar: “Millinin ilk məqsədi qrupdan növbəti mərhələyə çıxmaqdır. Fransa, İspaniya, Almaniya kimi komandalar yarımfinalı, finalı arzu edə bilərlər. Biz isə qrupdan çıxmaq və bundan sonra mümkün qədər irəliləməkdir”. Dzyuba deyib ki, ilk oyunda ingilislərlə oynamaq çətin olacaq: “İngilislərin heyəti xeyli cavanlaşıb. Onlar qrupun favoritidir, amma onlara qalib gəlmək və ya yaxşı oyun nümayiş etdirmək Rusiyaya əlavə stimul verər”. Dzyuba deyib ki, Slovakiya “çərt qoz”dur, mehriban kollektiv formalaşıb. “Aydındır ki, onlarla da oynamaq çətin olacaq” deyə, futbolçu bildirib. Uelsə gəlincə, rusiyalı hücumçu deyib ki, emosional rəqibləri daha çox Qareta Beyla və Aron Remzidən asılıdır. Amma ingilislər istisna olmaqla digər komandaların gücü bərabərdir.

Rusiya millisinin heyəti:

Qapıçılar: İqor Akinfeev (CSKA), Qilerme (“Lokomotiv”), Yuri Lodıqin (“Zenit”) Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Qeorqi Şennikov (hamısı CSKA), Dmitri Kombarov (“Spartak”), Roman Noyştedter (“Şalke”), İqor Smolnikov (“Zenit”), Roman Şişkin (“Lokomotiv”)

Yarımmüdafiəçilər: Aleksandr Qolovin, Alan Dzaqoyev, Roman Şırokov (hamısı CSKA), Denis Qluşakov (“Spartak”), İqor Denisov (“Dinamo”), Oleq İvanov (“Terek”), Pavel Mamayev (“Krasnodar”), Aleksandr Səmədov (“Lokomotiv”), Oleq Şatov (“Zenit”)

Hücumçular: Artyom Dzyuba, Aleksandr Kokorin (hər ikisi “Zenit”), Fyodor Smolov (“Krasnodar”)

Slovakiya “çərt qoz”dur

Slovakiya ilk dəfə beynəlxalq turnirdə 2002-ci ilin dünya çempionatında iştirak edib. Vladimir Vayssanın rəhbərlik etdiyi komanda seçmə mərhələdə öz meydanında İspaniya millisinə qalib gəlməklə sensasiya yarada bilmişdi. Slovakiyanın əsas oyunçusu komandanın kapitanı Martin Şkrıteldir. Baş məğqçi Yan Kozak millinin forvardları Adam Nemeç və Mixail Dyurişə də etimadı böyükdür. Komanda daha çox 4-2-3-1 sxeminə üstünlük verir. Slovakiyanın heyətində 65 oyun keçirmiş forvard Filip Qoloşko “Avro-2016\”da iştirakdan imtina edib. Kozak deyib ki, Qoloşkonun seçiminə hörmət edir və milli komanda ilə forvardın yolu ayrılıb. Zədə səbəbdən Fransaya gedə bilməyən Slovakiya millisinin ən yaxşı bombardiri Robert Vittek deyib ki, əgər qrupdan çıxa bilsələr, bu artıq uğur sayıla bilər.

Slovakiya millisinin heyəti:

Qapıçılar: Yan Muxa (“Slovan”), Matuş Kozaçik (“Viktoriya”, Çexiya), Yan Novota (“Rapid”, Avstriya)

Müdafiəçilər: Milan Şkrinyar (“Sampdoriya”, İtaliya), Peter Pekarik (“Herta”, Alnmaiya), Martin Şkrtel (“Liverpul”, İngiltərə), Norbert Dyomber (“Roma”, İtaliya\”), Yan Dyuritsa (“Lokomotik”, Rusiya), Kornel Salata (“Slovan”), Tomaş Quboçan (“Dinamo”, Rusiya), Lukaş Tesak (“Kayrat”, Qazaxıstan), Duşan Şvento (“Köln”, Almaniya)

Yarımmüdafiəçilər: Viktor Peşovski (“Jilina”), Matuş Bero (“Trençin”), Erik Sabo, Robert Mak (hər ikisi PAOK, Yunanıstan), Yuray Kutska (“Milan”, İtaliya), Patrik Qroşovski (“Viktoriya”, Çexiya), Stanislav Şestak (“Ferensvaroş”, Macarıstann), Yan Qrequş (“Yablonets”, Çexiya), Ondrey Duda (“Legiya”, Polşa), Marek Hamşik (“Napoli”, İtaliya), Vladimir Vayss (“Əl Qarafa”, Qətər), Miroslav Stok (“Bursaspor”, Türkiyə)

Hücumçular: Mixal Dyuriş (“Viktoriya”, Çexiya), Adam Nemets (“Villem II”, Hollandiya), Adam Zrelyak (“Slovan”)

Uels 50 il sonra meydanda

Britaniya məktəbinin daha bir yetirmələri, Uels 50 illik fasilədən sonra bu cür mötəbər yarışa qatıla bilib. Uels 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında Con Çarlzın rəhbərliyi ilə iştirak edib və 14 qədər irəliləyib. Uels beynəlxalq arenalarda uğurlu nəticə əldə edə bilməsə də, İan Raş və Rayan Qiqz kimi tanınmış futblçuları olub. Komandan əsas ümidi seçmə mərhələnin oyunlarında 7 qol vurmuş Qaret Beyldir.

Uels millisinin heyəti:

Qapıçılar: Ueyn Hennessi (“Kristal Palas”), Denni Uord (“Liverpul”), Oueyn Fon Uilyams (“İnverness”) Müdafiəçilər: Eşli Uilyams (“Suonsi”), Ceyms Çester (“Vest Bromviç”), Ben Deyvis (“Tottenhem”), Ceyms Kollinz (“Vest Hem”), Kris Qinter (“Redinq”), Nil Teylor (“Suonsi”), Eşli Riçards (“Fulhem”)

Yarımmüdafiəçilər: Co Ledli (“Kristal Palas”), Co Allen (“Liverpul”), Devid Voqan (“Nottinqem Forest”), Conatan Uilyams (“Kristal Palas”), Devid Edvards (“Vulverempton”), Corc Uilyams (“Fulhem”), Aaron Remsi (“Arsenal”), Endi Kinq (“Lester”)

Hücumçular: Devid Kotterill (“Birminqem”), Xel Robson-Kanu (“Redinq”), Saymon Çerç (“MK Dons”), Cem Bouks (“Bernli”), Qaret Beyl (“Real” Madrid).
***
Bu qrupda ingilislər favoritdir. Uels son yoxlama matçında İsveçə 3:0 məğlub olsa da, həm Uels, həm Slovakiya ingilislərə problem yaratmağa çalışacaqlar. Ruslar isə yəqin ki, evə tez qayıdıb çempionatı ekran qarşısında izləyəcəklər.