Oktay Hüseynovun xatirəsinə Respublika turniri keçiriləcəkbackend

Oktay Hüseynovun xatirəsinə Respublika turniri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında sərbəst güləş üzrə idman növünün inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmə idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirmək və vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Oktay Hüseynovun xatirəsini yad etməkdir.

Yarışlarda 29, 32, 35, 38, 42, 47, 53, 58, 66 və 73 kq çəki dərəcələrində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr iştirak edə bilər.

Yarışın hazırlanmasına və keçirilməsinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Respublika Olimpiya İdman Liseyi rəhbərlik edir. Yarış Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və görüşləri Azərbaycan Güləş Federasiyanının təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək.

Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal, idman geyimi və pul mükafatı ilə təltif ediləcək.

Görüşlər iyunun 11-də saat 10:00-da başlayacaq, turnirin rəsmi açılış mərasimi isə saat 15:00-da keçiriləcək. Ardınca final görüşləri baş tutacaq.

İnterpress.az