Dünya çempionu kəmərini Tale Heydərova bağışladıbackend

Dünya çempionu kəmərini Tale Heydərova bağışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fariz Məmmədov görüş zamanı dünya çempionu kəmərini Tale Heydərova hədiyyə edib.

Bu barədə boksçu İnstagram səhifəsində yazıb.

F.Məmmədov görüşlə bağlı təəssüratlarını bölüşüb: “Son illər əldə etdiyim bütün uğurlara görə başda Tale Heydərov olmaqla “Qəbələ” İdman Klubuna borcluyam.

Azərbaycanın peşəkar boksda ilk dünya çempionu olmağımda onların rolu böyükdür. Ona görə də Tale Heydərovdan xahiş etdim ki, kəmərimi qəbul etsin.

Əvvəl qəbul etmək istəmədi. Ancaq israrla xahiş etdikdən sonra kəməri qəbul edib, otağının ən gözəl yerlərindən birinə qoydu”. (musavat)

İnterpress.az