AVRO-2016: Uels Slovakiyanı məğlub edibbackend

AVRO-2016: Uels Slovakiyanı məğlub edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bordo şəhər stadionunda keçirilmiş matçda Uelslə Slovakiya münasibətlərinə aydınlıq gətiriblər. Gərgin şəraitdə keçən oyun Uelsin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, oyun gününün son görüşündə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkəcək. Roy Hocsonun yetirmələri iddiasını göstərmək üçün Şimal qonşularımızı xalsız qoymalıdır. Turnirin yaş ortalamasına görə ən gənc heyətinə malik olan ingilislər ilk turu itkisiz keçməyi hədəfləyir. Rusiya güclü rəqibi ilə başa-baş mübarizə aparmaq üçün var gücü ilə səy göstərməlidir.

Avropa çempionatı
Qrup mərhələsi
11 iyun

B qrupu

Uels – Slovakiya – 2:1
Qollar: Beyl, 10, Robson, 80 – Duda, 61

Baş hakim: Sven Oddvar Moen
UEFA nümayəndəsi: Svetlana Qrinkeviç (Belarus)
Bordo şəhər stadionu

İnterpress.az