Sərbəst güləşçilərimiz Dünya Kubokunu beşinci sırada tamamladıbackend

Sərbəst güləşçilərimiz Dünya Kubokunu beşinci sırada tamamladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayıb.

İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız 5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Monqolustan yığması ilə qarşılaşıb. 5:3 hesablı qələbə qazanan güləşçilərimiz gənc heyətlə qatıldığı Dünya Kubokunu 5-ci sırada başa vurub.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.

İnterpress.az