“Formula 1”in yürüşlərinə start verilibbackend

“Formula 1”in yürüşlərinə start verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mercedes”in heyətində Lüis Hamilton, Niko Rosberq, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa, Valtteri Bottas, “Red Bull Racing”də Daniel Rikkardo, Daniil Kvyat, “Force İndia”da Niko Hülkenberq, Serxio Peres, “Renualt”da Kevin Maqnussen, Colion Palmer, “Toro Rosso”nun heyətində Maks Ferstappen, Karlos Sainz, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso, Censon Batton, “Manor”da Paskal Verlyayn, Rio Haryanto, “Haas”da Roman Qrojan və Estabean Qutyerres iştirak edir.

Pilotlar öz bolidləri ilə 6 km-lik yolu Bakı trekində 1.5 saatadək şütüyəcəklər. İkinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.

Qeyd edək ki, sabah pilotların sıralarını müəyyən edəcək yarış olacaq. İyunun 19-da isə “Formula 1” azarkeşləri Avropa Qran Prisində qalibi adı uğrunda mübarizə aparacaq yarışın şahidi olacaqlar.

İnterpress.az