Formula 1 həyəcanının 3-cü günübackend

Formula 1 həyəcanının 3-cü günü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10:17 / Formula 1-in üçüncü günü başlayır

Bakıda \”Formula 1\” Avropa Qran Prisinin sonuncu yarış günü başlayır.

Məlumata görə, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin \”Paddok klub\”, komandaların boksları və pit-leyn qurulub.

Günün sonunda Dənizkənarı milli parkda Farel Uilyamsın konserti baş tutacaq. Bulvara yalnız yarış biletləri ilə girmək mümkündür. (ans)

İnterpress.az