“Formula-1”: GP2 seriyasının qalibləri müəyyənləşdibackend

“Formula-1”: GP2 seriyasının qalibləri müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Prema Racing\” komandasının pilotu Antonio Covinatsi finiş xəttinə hamıdan tez çatıb.

\”Prema Racing\”in üzvü Pyer Qasli ikinci, ART komandasının pilotu Sergey Sirotkin isə üçüncü pillədə qərarlaşıb.

Qalibləri Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov və digər qonaqlar mükafatlandırıb.

Onu da qeyd edək ki, bundan bir az əvvəl GP2 seriyasının son yarışında qəza baş verib.

İlk olaraq \”Arden International\” komandasının pilotu Cimmi Eriksson uğursuzluqla üzləşib.

Bundan başqa \”Trident\”in üzvü Filo Pas Armand, \”Rapax\” komandasının pilotu Qustav Malya və \”Pertamina Campos Racing\” pilotu Şon Gelael analoji hadisə ilə üzləşiblər.

Adı çəkilən bütün pilotlar mübarizəni dayandırıb.

İnterpress.az