GAÇ-2016: Azər Nəsibli və Mikayıl Rəhmanov finalda -VİDEObackend

GAÇ-2016: Azər Nəsibli və Mikayıl Rəhmanov finalda -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb.

50 kq çəkidə yarışan Azər Nəsibli mübarizəyə 1/4 final mərhələsindən qoşulub. İlk olaraq macar rəqibini tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Belarus təmsilçisi ilə görüşdən də qalib ayrılıb. Finala yüksələn Azərin son görüşdə rəqibi Gürcüstan idmançısı olacaq.

60 kq çəkidə mübarizə aparan Mikayıl Rəhmanov ilk olaraq Almaniya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşü minimal üstünlüklə qalib tamamlayan pəhləvanımız ardınca Rumıniya təmsilçisini də mübarizədən kənarlaşdırıb. Yarımfinald Bolqarıstan idmançısına qalib gələn Mikayıl finala yüksəlib. Həlledici görüşdə pəhləvanımız Gürcüstan təmsilçisi ilə qarşılaşacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

50 kq
1/4 final – Azər Nəsibli – Csaba Horvath (HUN) 0:8 (tuşe)
1/2 final – Artsem Belausau (BLR) – Azər Nəsibli 0:8
FİNAL – Azər Nəsibli – Nugzari Tsurtsumia (GEO)

60 kq
1/8 final – Mikayıl Rəhmanov – Etienne Kinsinger (GER) 1:0
1/4 final – Mikayıl Rəhmanov – Aleksandru Solomon (ROM) 11:0
1/2 final – Mikayıl Rəhmanov – Nestar Nedkov (BUL) 7:1
FİNAL – Mikayıl Rəhmanov – Levani Kavjaradze (GEO)

74 kq
1/16 final – Mehrac Kərimov – Serkan Akkoyun (TUR) 1:3

96 kq
1/16 final – Martinas Nemsevicius (LTU) – Soslan Fanziyev 7:6

Yarışları aşağıdakı linkdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/european-championship-junior-1

İnterpress.azhttps://www.youtube.com/watch?list=PLLIZMJVQNqsCv31RoORAcOlo3UOIW0TEF&v=FHIpIeDIufM